BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
193 05-11-2018

Türkiyədə BDU-nun 100 illiynə ithaf olunmuş “Azerbaycan Türkçesi Grameri” kitabı işıq üzü görüb

Türkiyədə türk dillərinin öyrənilməsi və araşdırılması çərçivəsində Azərbaycan dilinə həsr olunmuş “Azerbaycan Türkçesi Grameri” monoqrafiyası işıq üzü görüb. 
Elazığ şəhərində yerləşən Fırat Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Süleyman Kaan Yalçının müəllifi olduğu kitab Bakı Dövlət Universitetinin 100 illiyinə ithaf olunub: “Bu çalışmayı Türklük Biliminin önemli merkezlerinden biri olan “Bakü Devlet Üniversitesi”nin kuruluşunun 100. yılına ithaf etmekten onur duyarım”.  Qeyd edək ki, əsər Azərbaycan dili haqqında türkiyəli alim tərəfindən qələmə alınmış ilk geniş monoqrafik tədqiqatdır. 
Kitabın elmi redaktoru Fırat Universitetinin Çağdaş türk ləhcələri kafedrasının müdiri, professor Ahmet Buran, rəyçiləri həmin kafedranın professoru Ercan Alkaya, BDU-nun müəllimləri - Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova və Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dili üzrə redaktoru “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazovdur.
Əsər iki hissədən ibarət olub, Azərbaycan dilinin fonetik və qrammatik quruluşundan bəhs edir. Müəllif monoqrafiyanın elmi strukturunu Türkiyə nəzəri dilçiliyinin məzmununa uyğunlaşdıraraq qələmə alıb. Kitabda Azərbaycan dilinin tarixi və müasir məsələlərindən bəhs edən çox sayda elmi mənbələrə və ədəbi-bədii dil nümunələrinə istinad olunub. 
 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub