BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1415 31-10-2018

BDU-nun magistrantı beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I Bakı beynəlxalq elmi konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, elmi ictimaiyyətin nümayəndələri, o cümlədən Rusiya, Ukrayna, Çin və digər ölkələrdən 30-dək alim iştirak edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilk dəfə keçirilən bu konfransın əhəmiyyətindən danışıb, Elm Tarixi İnstitutunun məqsədyönlü fəaliyyətindən, beynəlxalq əlaqələrindən, nəşrlərindən, burada reallaşdırılan tədqiqat işlərindən və layihələrdən söz açıb. İnstitutun yeni yarandığını diqqətə çatdıran akademik burada elm tarixinin sistemli şəkildə öyrənildiyini bildirib.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova yeni fəaliyyətə başlamış institutun qısa müddətdə bir sıra elmi mərkəzlərlə əlaqə yaratdığını və uğurlu əməkdaşlıq etdiyini söyləyib. Konfransa xarici ölkələrdən qatılan alimlərin çoxluq təşkil etdiyini deyən akademik onların bu instituta böyük maraq göstərdiklərini bildirib. Azərbaycan elmi üçün elm tarixinin yeni istiqamət olduğunu diqqətə çatdıran akad. N.Axundova deyib ki, bu sahə dünyada müxtəlif elmlərin əsaslarını, metodologiyasını öyrənir.
Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Sonra Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun direktoru Dmitri Şerbinin, REA-nın müxbir üzvü Yuri Baturin, Helmholtz Elmi-Tədqiqat Mərkəzinin dinamik sistemlər şöbəsinin müdiri, professor Məsud Əfəndiyev, Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun direktoru Zanq Bayçunun müxtəlif mövzularda məruzələr səsləndiriblər.
Oktyabrın 29-dan başlamış və işini bölmə iclasları ilə davam etdirmiş beynəlxalq elmi konfrans bu gün işini başa çatdırıb.
Qeyd edək ki, Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Salamov da “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I Bakı beynəlxalq elmi konfransında iştirak edib. O, “Beynəlxalq jurnalistikanın tarixi, elmi istiqamətləri və tədrisi: dünya mətbuatından sosial mediaya” adlı məruzə ilə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 31 oktyabr 2018-ci il.

Digər yazılar

Tələbə Həmkarlar Təşkilatı ictimaiətçi fəal tələbələri mükafatlandırıb

TGT "Ağ ölüm" adlı seminar keçirib

BDU TGT üzvləri konfransda iştirak ediblər

BDU-da “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” adlı elmi seminar keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti 100” intellektual yarışmanın açılış mərasimi olub

Bakı Dövlət Universitetinin Debat Klubu çempion olub

Bakı Dövlət Universiteti öz "İSTEDADLAR"ını seçib

BDU-da intellektual yarış. Nə?, Harda?, Nə zaman?

Fizika fakültəsində intellektual oyun

BDU-nun Coğrafiya fakültəsində intellektual yarışma keçirilib

BDU-da intellektual oyun keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib

BDU-da “Batalyon” sənədli filminin təqimatı keçirilib

BDU-nun tələbəsi Beynəlxalq Gənclər Forumunda iştirak edib

BDU-da “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda seminar keçirilib

BDU-nun SABAH tələbələri mübadilə proqramları ilə bağlı təlimdə

BDU tələbələri “İblisanə” tamaşasını təqdim ediblər

BDU-da SABAH IV Tələbə Debat Forumunun təqdimatı keçirilib

Tələbələrimiz Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər

BDU-da tələbələr üçün seminar keçirilib