BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
2 dekabr 1904-cü il - BDU-nun prorektoru, (1953-1954),Geofizika kafedrasının müdiri (1953-1959), akademik Şirəli Nəsir oğlu Məmmədov (1904-1984) anadan olub.2 dekabr 2010-cu il - Bakı Dövlət Universitetində Tədris-elektron mərkəzi istifadəyə verilib. 6 dekabr 1922-ci il - Bakı Dövlət Universitetinin adı dəyişdirilib- Azərbaycan Dövlət Universiteti adlandırılıb. 7 dekabr 1993-cü il – professor Murtuz Nəcəf oğlu Ələsgərov rektor təyin edilib. 12 dekabr- Ümummilli lider Heydər Əliyevin anım günü13 dekabr 1962-ci il- Klassik Azərbaycan ədəbiyyatı  kafedrasının müdiri(2009-cu ildən), BDU-nun prorektoru(2006-2008),Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru(2008-ci ildən), akademik Nərgiz Arif qızı Paşayeva anadan olub.14 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1949-1956) akademik Müzəffər Heydər oğlu Abutalıbov (1908-1984) anadan olub.14 dekabr 1927-ci il –  Kristalloqrafiya, Mineralogiya və Geokimya kafedrasının professoru, AMEA-nın müxbir üzvü,"Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenli Xudu Surxay oğlu Məmmədov (1927-1988) anadan olub.15 dekabr 1931-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1992-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Qara Teyfur oğlu Mustafayev anadan olub.15 dekabr 1907-ci il – Fiziki coğrafiya və Təbiəti mühafizə kafedralarının professoru (1968-1988), Əməkdar elm xadimi,  Ali Sovetin (10-11-ci çağırış) deputatı, “Lenin”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” və “Şərəf nişanı” ordenli akademik Həsən Əlirza oğlu Əliyev (1907-1993) anadan olub. 15 dekabr 1910-cu il –SSRİ tarixi kafedrasının professoru (1968-1969), Əməkdar elm xadimi İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.16 dekabr 1927-ci il – BDU-nun rektoru (1989-1990), “Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Cəmil Bahadur oğlu Quliyev (1927-2010) anadan olub.17 dekabr 1928-ci il – Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayıb. 17 dekabr 1924-cü il – Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri (1976-1980), Jurnalistika fakültəsinin dekanı (1970-1976), “Şərəf” ordenli, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməhəmməd oğlu Hüseynov anadan olub.18 dekabr 2014-cü il – BDU-nun 95 illik yubileyi qeyd edilib. 22 dekabr1911-ci il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru (1947-1988), Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) anadan olub.24 dekabr 1961-ci il – Azərbaycan Respublikasının Prezidenti, "Heydər Əliyev" ordenli,  BDU-nun Fəxri doktoru İlham Heydər oğlu Əliyev anadan olub.24 dekabr 1918-ci il – Nəzəri fizika kafedrasının müdiri (1967-1988), “Şöhrət” və “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abdulla İbrahim oğlu Muxtarov (1918-2013) anadan olub.25 dekabr 1906-cı il – Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri (1941-1960), professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) anadan olub.25 dekabr 1934-cü il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri (1973-2003), professor Famil Ağalar oğlu Mehdi (1934-2003) anadan olub.25 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1957-1978), profossor Abdulla Xəlil oğlu Tağizadə (1908-1978) anadan olub.25 dekabr 1905-ci il – BDU-nun prorektoru, (1952-1953) Çökmə süxurların petroqrafiyası kafedrasının müdiri (1952-1956), akademik Əzəl Cəfər oğlu Sultanov (1905-1990) anadan olub.25 dekabr 1931-ci il – Kitabxanaçılıq fakültəsinin dekanı (1962-1970 və 1980-1994), Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri (1963-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Əməkdаr mədəniyyət işçisi, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov anadan olub.25 dekabr 1949-cu il- Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı (1989-2000, 2005-2007) professor Rizvan Teymur oğlu Paşayev anadan olub.27 dekabr 1932-ci il – Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri (1991-2000), professor Arif Cəmil oğlu Abasquliyev (1932-2000) anadan olub.28 dekabr 1920-ci il – Fəlsəfə kafedrasının dosenti (1953-1958), BDU HİK-in sədri( 1944-1952), akademik Firudin Qasım oğlu Köçərli (1920-2004) anadan olub.28 dekabr 1900-cü il – Cinayət hüququ kafedrasının müdiri (1945-1976), Əməkdar hüquqşünas professor Vahid Pənah oğlu Qəhrəmanov (1900-1978) anadan olub.28 dekabr 1937-ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri(1986-1994), AMEA-nın müxbir üzvü, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937-2017) anadan olub.29 dekabr 1921-ci il –  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru (1974-2003), “Şöhrət” ordenli, Xalq yazıçısı Əzizə Məmməd qızı Cəfərzadə (1921-2003) anadan olub.30 dekabr 1936-cı il – Azərbaycan SSR Xalq Komissarları Soveti ADU-nun tədris binasının tikintisi barədə qərar qəbul edib. 30 dekabr 1918-ci il –  BDU-nun prorektoru, (1956-1960; 1965-1971), Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1958-1991), Geologiya-coğrafiya fakültəsinin dekanı (1981-1986), AMEA-nın müxbir üzvü, professor Qədir Məmməd oğlu Sultanov (1918-1995) anadan olub.30 dekabr 1930-cu il –  Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri ( 1979-2010), Əməkdar müəllim, professor Cəlal Mehdi oğlu Abdullayev (1930-2010) anadan olub.         30 dekabr 1927-ci il – Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri (1990-2008), professor Məmmədəli Baba oğlu Zeynalov (1927-2008) anadan olub.31 dekabr 1905-ci il – BDU-nun rektoru (1954-1958), Neft kimyası kafedrasının professoru, “Lenin”, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenli, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Ali Sovetinin (V çağırış) və Azərbaycan Ali Sovetinin (IV çağırış) deputatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev (1905-1961) anadan olub.31 dekabr 1909-ci il – Elmi işlər üzrə prorektor (1954-1959), Fiziki coğrafiya kafedrasının müdiri (1952-1958),  “Şərəf nişanı” ordenli, AMEA-nın müxbir üzvü, professor Qasım Kazım oğlu Gül (1909-1972) anadan olub.31 dekabr 1916-cı il – Mülki hüquq kafedrasının müdiri (1952-1990), professor Əziz İsmayıl oğlu Əsədov (1916-1991) anadan olub.
1735 30-10-2018

BMT BDU-da seminar keçirib

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər İdarəsi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə korrupsiyaya qarşı mübarizə sahəsində tədris seminarı keçirilib. 
Tədbirdə BMT-nin nüfuzlu ekspertləri, Finlandiya, Belarus Respublikası, Ukrayna, Türkiyə, Rusiya Federasiyası, Estoniya, Gürcüstan, Latviya, Qırğızıstan, Moldova, Tacikistan, Qazaxıstan, Özbəkistandan gələn 25 xarici ekspert iştirak edib. Seminarın məqsədi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan mütəxəssis və müəllimlərin peşəkar və yüksək səviyyəli antikorrupsiya tədrisini keçirmək imkanlarını gücləndirmək, həmçinin iştirakçılar arasında fikir və təcrübə mübadiləsini təşkil etmək olub. 
Seminarı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev tədbirin əhəmiyyətindən, son vaxtlar respublikamızda bu sahədə həyata keçirilən mühüm qanunvericilik və digər islahatlardan danışıb. Qeyd edib ki, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı həyata keçirilən mühüm addımların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmaqla prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstər daxili qanunvericilik sahəsində, istərsə də beynəlxalq müqavilələrin iştirakçısı olmaq nöqteyi-nəzərdən Azərbaycan Respublikası tərəfindən kifayət qədər mühüm tədbirlər həyata keçirilib. Korrupsiyaya qarşı qanunvericilik üzrə mühüm istiqamətlər ali məktəblərdə ayrı-ayrı fənlər üzrə proqramlara daxil edilib, bu sahədə ixtisaslaşmış mütəxəssislər hazırlanmasına başlanılıb. Belə ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bu sahədə dünya təcrübəsinə uyğun olaraq “Transmilli cinayət hüququ” magistratura ixtisaslaşması yaradılmaqla ixtisaslaşmış kadrların hazırlanması müvəffəqiyyətlə həyata keçirilir. 
Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Elnur Musayev çıxışında korrupsiya cinayətləri və onlara yol açan hallara qarşı mübarizə sahəsində Azərbaycan Respublikası Prokurorluq orqanlarının səmərəli fəaliyyətindən, dünya dövlətləri praktikasının ciddi şəkildə öyrənilməklə Azərbaycan Respublikasında həyata keçirilən mühüm tədbirlərin əhəmiyyətindən bəhs edib. Statistik rəqəmlərlə gələcək fəaliyyət istiqamətləri, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti ön plana çəkilib. Elnur Musayev Azərbaycanın beynəlxalq təşkilatlarla bu sahədəki müsbət əməkdaşlığının digər dövlətlər üçün də praktik hal ola biləcəyini əsaslandırıb.  
BMT-nin Cinayətkarlığa qarşı və Cinayət Ədalət İdarəsinin əməkdaşı Siqall Horovitz və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Avropa Elmləri İnstitutunun direktoru, professor Tamara Şaşikina tədbirin mühüm əhəmiyyət kəsb etməsini qeyd edərək, onun həyata keçirilməsinə verdiyi dəstəyə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, o cümlədən Hüquq fakültəsinin professor-müəllim heyətinə dərin təşəkkürlərini bildiriblər.   
İclasda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin professor-müəllim heyəti, tələbələr, müstəqil ekspertlərin aktiv iştirak ediblər. Seminar məruzələr və tədris bölmələrində öz işini davam etdirib. Bölmələrdə xarici ekspertlerin 15-ə qədər aktual mövzuda məruzələri dinlənilib, dünya dövlətlərinin praktikası, BMT və  ayrı-ayrı dövlətlərin qanunvericilik təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 


Mətbuat və informasiya şöbəsi, 29 oktyabr 2018-ci il.
 

Digər yazılar

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib

“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək

BDU-da elmi-fəlsəfi konfrans keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb

BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib