BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
03 aprel 1908-ci il - Fəlsəfə kafedrasının müdiri (1945-1950),  SSRİ dövlət mükafatı laureatı,   akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) anadan olub.3 aprel 1927 - ci il  - AK(b)P MK Rəyasət Heyəti «Azərbaycan Dövlət Universiteti haqqında əməli təkliflər » adlı sənəd qəbul edib.5 aprel 1932-ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1974-1990), AMEA-nın müxbir üzvü,  professor Vladimir İsmayıl oğlu Tahirov (1932-2014) anadan olub.9 aprel 2012 - ci il - Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenko BDU-nun Fəxri doktoru seçilib.10 aprel 1930 - cu il -  SSRİ tarixi kafedrasının müdiri (1971-1994), Əməkdar elm xadimi, professor Aslan  Məcid oğlu Atakişiyev (1930-2011) anadan olub.10  aprel  1924 - cü il - Coğrafiya fakültəsinin dekanı  (1967-1972), Geodeziya və  kartoqrafiya kafedrasının müdiri (1972-1988), "Şöhrət” ordenli, professor Rizvan Xanəmi  oğlu Piriyev (1924-1989) anadan  olub.11 aprel 1881-ci il - Fiziki kimya kafedrasının müdiri (1936-1946), SSRİ Elmlər Akademiyasının müxbir üzvü,  professor Vladimir İvanoviç Tixomirov (1881-1961) anadan olub.11 aprel 1908 - ci il - Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1950-1958), "Şərəf” nişanı  ordenli, Dövlət mükafatı laureatı,  akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) anadan olub.12 aprel 1907- ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının profesoru,  (1939-1959)  Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907-1982) anadan olub.12 aprel 1939 - cu il- BDU-nun rektoru (1992-1993), Hüquq fakültəsinin dekanı(1985-1989), Cinayət hüququ kafedrasının müdiri(1995-ci ildən), professor Firudin Yusif oğlu Səməndərov anadan olub.12 aprel 1995 - ci il - Türkiyə Respublikasının Baş naziri Tansu Çillər  BDU-nun Fəxri doktoru seçilib.13 aprel 1902 - ci il- Həndəsə kafedrasının müdiri (1938-1972), AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Əməkdar Müəllim,  “Lenin” və  “Şərəf nişanı”ordenli, professor Maqsud Əlisimran oğlu Cavadov (1902-1972) anadan olub.13 aprel 1911 - ci  il - Hidrometeorologiya kafedrasının  professoru, AMEA-nın müxbi üzvü, Dövlət Mükafatı laureatı, (1979-1991) Ənvər Mamay oğlu Şıxlinski (1911-1992) anadan  olub.14 aprel 1904 - cü il - Botanika kafedrasının müdiri (1946-1966) , professor Məmməd Əhməd oğlu Qasımov (1904-1966) anadan olub.16 aprel 1891 - ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1960-1969), Əməkdar elm xadimi,  professor Bəhram Rüstəm oğlu Mirzəyev (1891-1974) anadan olub. 16 aprel 1939 - cu il - Universitetin adı üçüncü dəfə dəyişdirilərək “S.M.Kirov adına ADU” adlandırılıb.17 aprel 1989 - cu il - akademik Cəmil Bahadur oğlu Quliyev rektor təyin olunub.18 aprel 2001 - ci il - akademik Rəfiqə Əlirza qızı Əliyevanın təşəbbüsü ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyası yaradılıb.19 aprel 1923 - cü il - Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə daxil edilib.19 aprel 1937-ci il - Mülki hüquq kafedrasının müdiri (1990-2003),   Hüquq fakültəsinin dekanı  (2002-2003), Əməkdar müəllim,  professor Yusif  Ələkbər oğlu Mehdiyev (1937-2003) anadan olub.20 aprel 1945 - ci il - Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (1989- 2012), AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, professor Azad Mövlud oğlu Nəbiyev (1945-2012) anadan olub.21 aprel 1944-cü il - Azərbaycan hökuməti “S.M.Kirov adına ADU”-da təhsil müddətlərinin müəyyən edilməsi haqqında” qərar qəbul edib.23 aprel 2011 - ci il - Şərqşünaslıq fakültəsi nəzdində Konfutsi İnstitutu yaradılıb.24 aprel 2009 - cu il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.25 aprel 1905 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının ilk müdiri (1939-1941),  "Şərəf nişanı” ordenli professor Mikayıl Həsən oğlu Rəfili (1905-1958) anadan olub.25 aprel 2000 - ci il - Görkəmli həkim və ictimai xadim İhsan Doğramacı BDU-nun Fəxri doktoru seçilib.26 aprel 1908 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1961-1978), Əməkdar elm xadimi,  Komsomol  mükafatı laureatı, "Şərəf nişanı" ordenli,  professor Mir Cəlal Paşayev (1908-1978) anadan olub.28 aprel 1921 - ci il - Rus dilçiliyi kafedrasının müdiri (1963-1970), «Qırmızı əmək bayrağı» və «Qırmızı ulduz» ordenli,  Əməkdar elm xadimi,   professor Məmməd Tağı oğlu Tağiyev (1921-1994) anadan olub.28 aprel 1933 - cü il - Hüquq fakültəsinin dekanı (1989-1998), BDU HIK-in sədri (1963-1965),
1825 29-10-2018

Azərbaycan aliminin həmmüəllifi olduğu monoqrafiya kimya elmimizin yeni uğurudur

Azərbaycan elmi müxtəlif inkişaf mərhələlərindən keçərək zaman-zaman dünya elminə öz töhfələrini vermişdir. Ayrı-ayrı elm sahələrində yetişən Azərbaycan alimləri öz kəşfləri, yenilikləri ilə çox şeyə ilkin olaraq imza atmış, dünya alimləri sırasında layiqli yerini tutmuşdur. Kimya elminin inkişafı üçün yorulmaq bilmədən çalışan elm adamları da dünyanın müxtəlif elmi mərkəzləri ilə əlaqələr qurmuş, tanınmış alimlərlə birgə fəaliyyət göstərmiş, nailiyyətlər əldə etmişdir. Bu ənənə bu gün də davam edir...
Bu yaxınlarda işıq üzü görmüş İ.Ə.Əliyev, L.A.Oparina, B.A.Trofimovun (Novosibirsk, “Akademik nəşriyyat” QEO, 2018), “Aromatik tiollar və onun törəmələri (İ.A.Aliev, L.A.Oparina, B.A.Trofimov "Aromatiçeskie tiolı i ix proizvodnıe" Novosibirsk, Novosibirskoe İzdatelğstvo "QEO" 2018, 295 c.) monoqrafiyası da birgə əməyin nəticəsidir. Azərbaycan aliminin də həmmüəllifi olduğu kitab kimya elmimizin yeni uğuru olmaqla yanaşı, həm də respublikamızda aparılan elmi işlərin, alimlərin dünya miqyasında tanınması istiqamətində atılan bir addımdır. Onu da qeyd edək ki, Bakı Dövlət Universitetinin professoru İ.Ə.Əliyev, Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları kimya elmləri namizədi L.A.Oparina və akademik B.A.Trofimovun birgə araya-ərsəyə gətirdikləri “Aromatik tiollar və onların törəmələri” monoqrafiyası N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun direktoru, REA-nın Kimya və Materialşünaslıq bölməsinin akademik katibi, “Uspexi ximii” jurnalının baş redaktoru, “İzvestiya AN, Seriya ximiçeskaya” və “Organometallics” (ABŞ) jurnallarının redkollegiyalarının üzvü akademik Mixail Petroviç Yeqorovun redaktorluğu ilə nəşr olunmuşdur.
Monoqrafiya haqqında AMEA-nın kimya elmləri bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin dəyərli fikirləri mənə də kitab barədə bu məqaləni yazmağa bir stimul oldu. Yeri gəlmişkən deyim ki, AMEA-nın kimya bölməsi Azərbaycan kimya elminin adını hər zaman dünya səviyyəsində yüksəklərə qaldırıb. Tarixən Azərbaycan kimyaçıları neft kimyasının və sənayesinin inkişafı ilə bağlı öz sözlərini demiş, dünya elmində layiqli yerlərini tutmuşlar. Professor İ.Əliyev və onun həmkarlarının birgə əməyi olan monoqrafiya kimyaçı alimlər tərəfindən maraqla qarşılanmışdır.
Monoqrafiyanın rəyçiləri REA Ural bölməsinin Üzvi Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri, Ural Dövlət Texniki Universitetinin Üzvi Kimya kafedrasının müdiri, akademik Oleq Nikolayeviç Çupaxin, k.e.d., professor N.K.Qusarova və k.e.d., professor S.V.Amosovadır. BDU-nun professoru İ.Əliyevin 50 il ərzində “Aromatik tiollar və onun törəmələri” sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin bir hissəsi bu monoqrafiyada öz əksini tapmışdır. Ümumiyyətlə, kitabda 950-dən çox ədəbiyyatdan istifadə edilmişdir ki, onun əksəriyyəti müəlliflərin elmi yaradıcılıqlarının məhsuludur. Monoqrafiyanın əsas məziyyətlərindən biri də odur ki, yeddi fəslin hər biri üçün ayrıca ədəbiyyat siyahısı verilmiş və kimyaçılara təqdim olunan yeni üzvi birləşmələrin sintezi üsulları göstərilmişdir. O, həm də bu sahədə cədvəl və şəkillərin sayına görə sorğu kitabı vəzifəsini icra edəcəkdir.
Monoqrafiya aromatik tiolların və onların yaxın törəmələrinin - sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən müxtəlif funksional qruplu törəmələrinin - asil, tioasil, alkoksid, mürəkkəb efir, hidroksil, həmçinin halogenli birləşmələrinin kimya və fiziki-kimyasının aktual aspektlərinə həsr olunmuşdur. Bir sıra hallarda müqayisə üçün oksigen və selen törəmələri də sintez edilmişdir. Əsas diqqət sintez üsullara - ənənəvi klassik, həmçinin yeni, əsasən keçid metalların katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyaya girmə qabiliyyətlərinin tədqiqinə yönəlmişdir. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin sintezi reaksiyalarının nümunələri göstərilir. Kitabın əhəmiyyətli hissəsini nəzəri suallar - müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə necə qoşulmasının müzakirəsi təşkil edir. Konformasiya və elektron effektlərinin öyrənilən birləşmələrin spektral (NMR, İQ, UB, NKR) və elektrokimyəvi xarakteristikalara təsirləri və onların kükürd atomuna birləşmiş aromatik fraqmentlər vasitəsilə əvəzləyicilərin təsir effektləri analiz edilir. Xüsusi fəsildə aromatik tiollar və onların törəmələrinin əsas praktik tətbiq üsullarına, o cümlədən dərman, yüksək texnoloji materiallar, üzvi sintezlərdə ilkin maddələr, analitik reagentlər, yağ və yanacaqlara aşqarlar və s. sahələrdə istifadə üsullarına baxılır.
Belə bir dəyərli monoqrafiyanın həmmüəllifi olan professor İsmayıl Əliyevin daha bir uğurunu da qeyd etmək yerinə düşərdi. Belə ki, o, Azərbaycan kimya alimlərinin tövsiyəsi ilə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilmişdir. Onun əməyi Bakı Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Alim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bu mükafat Azərbaycan elminə verilən yüksək dəyərin təcəssümüdür.
İnanırıq ki, kimyaçı-sintetiklər, fiziki kimyaçılar, polimer kimyası və farmakologiya sahəsində çalışan kimyaçılar, həmçinin mühəndis-texnoloqlar, kükürdün utilizasiyası ilə məşğul olanlar üçün nəzərdə tutulan monoqrafiya müəllim, doktorant, magistrantlar və tələbələr üçün də faydalı olacaqdır.

Fəqan ƏLİYEV,
professor.

Digər yazılar