BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
191 26-10-2018

Azərbaycanda ilk: BDU doktorantura səviyyəsində „ikili diplom“ verəcək

Bu gün Bakı Dövlət Universiteti ilə Almaniyanın Martin-Luther adına Halle-Vittenberq Universiteti arasında Azərbaycanda ilk dəfə olaraq doktorantura səviyyəsində huquqşünaslıq sahəsində „ikili diplom“ verilməklə birgə doktorantura hazırlığını nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb. Təhsil Nazirliyinin əməkdaşları, BDU-nun professor-müəllim heyəti və Martin-Luther adına Halle-Vittenberq Universitetinə tərəfdaş ali təhsil ocaqları olan Bremen Universiteti, Qazaxıstan Dövlət Hüquq Universiteti və Ural Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə imzalanan sazişə rektorlar, akademik Abel Məhərrəmov və professor Christian Tietjen imza ediblər.

Rektor Abel Məhərrəmov sazişin əhəmiyyətindən danışaraq bildirib ki, beynəlxalq doktorantura tədrisinin inkişaf etdirilməsi, eləcə də araşdırma və tədrisin beynəlmiləlləşdirilməsi məqsədilə imzalanan saziş hüquqşünaslıq sahəsində fəlsəfə doktoru proqramı üzrə birgə doktorant hazırlığı və doktorluq dissertasiyalarına ikitərəfli rəhbərlik məsələsini nəzərdə tutur. Yəni bu proqramı bitirən doktorantlar həm Azərbaycanın, həm də Almaniyanın hüquq sahəsində fəlsəfə doktoru diplomuna layiq görüləcəklər. Rektor gələcəkdə bu layihə çərçivəsində adıçəkilən universitetlə fəlsəfə doktoru proqramı üzrə doktorluq dissertasiyalarının digər ixtisaslar üzrə həyata keçirilməsi təklifini də irəli sürüb.

Rektor Abel Məhərrəmov, eyni zamanda, uzun illərdir ki, Bakı Dövlət Universiteti doktorantlarının biri Azərbaycandan, digəri isə xarici ölkələrdən olmaqla ikili elmi rəhbər  məsələsinə toxunub və Martin-Luther adına Halle-Vittenberq Universiteti ilə bu təcrübəni həyata keçirməyin əhəmiyyətini qeyd edib.

Yenidən Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edən Martin-Luther adına Halle-Vittenberq Universitetinin rektoru, professor Christian Tietjen, əməkdaşlıq sazişinin əhəmiyyətindən, yaxın illərdə verəcəyi səmərədən danışaraq mövcud əməkdaşlığı digər ixtisaslar üzrə müvafiq fakültələri cəlb etməklə genişləndirmənin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev imzalanan sazişi yüksək qiymətlənidirib, „ikili diplom“ və ikili elmi rəhbər məsələsində universitetin xidmətlərini qeyd edib. 

Volksvagen Fondunun nümayənsədi Matias Nöllenburq ölkələriarası elm, təhsil əlaqalərinin genişlənməsinə verdikləri dəstəkdən bəhs edib.

Sonra qonaqlar universitetin Nanoaraşdırmalar laboratoriyasında olub və burada aparılan elmi-tədqiqt işlərinin nəticələri ilə tanışlıqdan sonra bu istiqamətdə də əməkdaşlıq barədə müzakirələr aparıblar.

İmzalanma mərasimindən sonra Bakı Dövlət Universiteti, Martin-Luther adına Halle-Vittenberq Universiteti, Bremen Universiteti, Qazaxıstan Dövlət Hüquq Universiteti və Ural Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə „Keçid dövründə hüquq təhsili“ adlı konfrans öz işinə başlayıb. Konfransda BDU-nun Hüquq fakültəsi üçün təhsilin Avropa təhsilinə inteqrasiyası istiqamətində yeni bakalavr proqramının hazırlanması barədə müzakirələr aparılıb.  

 

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2018-ci il

Digər yazılar

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib

“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək

BDU-da elmi-fəlsəfi konfrans keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb

BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib