BDU tələbələri “İblisanə” tamaşasını təqdim ediblər
Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 136 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Universitetin yaradıcı gəncləri tərəfindən H.Cavidin “İblis” və “Ana” əsərlərinin sintezindən hazırlanan “İblisanə” kompozisiyası səhnələşdirilib.
“Səssizliyin gurultusu” layihəsi çərçivəsində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə baş tutan tədbiri açan THİK sədri dosent Daşqın Qənbərov böyük ədibin ömür yolu və yaradıcılığı haqqında məlumat verib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Hüseyn Cavidin nəşi Sibirdən Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib, 1996-cı ildə onun məqbərəsi tikilib, Bakıda ev-muzeyi açılıb. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Cavid irsinin tədqiq və təbliği istiqamətində dəfələrlə sərəncamlar imzalayıb.
Daha sonra “İblisanə” tamaşası təqdim edilib. Sonda tamaşanı təqdim edən tələbə komadası BDU THİK tərəfindən diplomlarla mükafatlandırılıb.
Mətbuat və informasiya şöbəsi, 25 oktyabr 2018-ci il.
Digər yazılar
Tələbə Həmkarlar Təşkilatı ictimaiətçi fəal tələbələri mükafatlandırıb
TGT "Ağ ölüm" adlı seminar keçirib
BDU TGT üzvləri konfransda iştirak ediblər
BDU-da “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” adlı elmi seminar keçirilib
“Azərbaycan Xalq Cümhuriyyəti 100” intellektual yarışmanın açılış mərasimi olub
Bakı Dövlət Universitetinin Debat Klubu çempion olub
Bakı Dövlət Universiteti öz "İSTEDADLAR"ını seçib
BDU-da intellektual yarış. Nə?, Harda?, Nə zaman?
Fizika fakültəsində intellektual oyun
BDU-nun Coğrafiya fakültəsində intellektual yarışma keçirilib
BDU-da intellektual oyun keçirilib
Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib
BDU-da “Batalyon” sənədli filminin təqimatı keçirilib
BDU-nun tələbəsi Beynəlxalq Gənclər Forumunda iştirak edib
BDU-nun magistrantı beynəlxalq elmi konfransda iştirak edib
BDU-da “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda seminar keçirilib
BDU-nun SABAH tələbələri mübadilə proqramları ilə bağlı təlimdə
BDU-da SABAH IV Tələbə Debat Forumunun təqdimatı keçirilib
Tələbələrimiz Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər