BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
156 24-10-2018

Filologiya fakültəsində "Alimlərimizi tanıdaq" layihəsi çərçivəsində ustad dərsi keçirilib

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının 2016-cı ildən həyata keçirtdiyi "Alimlərimizi tanıdaq" layihəsi çərçivəsində ustad dərsi keçirilib. Ustad dərsi Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu (İmanov) aparıb. Akademik Muxtar İmanov qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman, qəhrəman və yalançı qəhrəman problemlərindən,  folklorda obrazın ikiləşməsinin mifdən, xüsusən əkizlər mifindən gələn və müxtəlif janrlarda əksini tapan səciyyəvi modellərindən -  hökmdar və təlxək, ağıllı və axmaq, doğru və yalan, taraz və nataraz və s məsələlərdən söz açıb. Bundan başqa, xalq gülüşünün arxaik semantikasını, onun mifoloji və magik mahiyyətini tələbələrin diqqətinə çatdırıb.   Tədqiqatçı yazılı ədəbiyyata aid edilən “öldürücü gülüş” meyarının komik folklor nümunələrinə tətbiqinin yanlış tendensiya olması, həyatverici gülüşün aparıcı yer tutduğu folklorda komik konfliktin kəskin qarşıdurmadan uzaq olması, bu amilin isə süjetin və obrazların strukturuna əsaslı şəkildə təsir göstərməsi ilə bağlı mühüm qənaətlər irəli sürüb.  Filologiya fakültəsinin I kurs 114 və 115-ci qruplarının tələbələri, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova, kafedranın müəllim və  magistrantları dərsdə iştirak ediblər.

Sonda akademik Muxtar İmanov tələbələrin suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 24 oktyabr 2018-ci il.

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub