BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
2 dekabr 1904-cü il - BDU-nun prorektoru, (1953-1954),Geofizika kafedrasının müdiri (1953-1959), akademik Şirəli Nəsir oğlu Məmmədov (1904-1984) anadan olub.2 dekabr 2010-cu il - Bakı Dövlət Universitetində Tədris-elektron mərkəzi istifadəyə verilib. 6 dekabr 1922-ci il - Bakı Dövlət Universitetinin adı dəyişdirilib- Azərbaycan Dövlət Universiteti adlandırılıb. 7 dekabr 1993-cü il – professor Murtuz Nəcəf oğlu Ələsgərov rektor təyin edilib. 12 dekabr- Ümummilli lider Heydər Əliyevin anım günü13 dekabr 1962-ci il- Klassik Azərbaycan ədəbiyyatı  kafedrasının müdiri(2009-cu ildən), BDU-nun prorektoru(2006-2008),Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru(2008-ci ildən), akademik Nərgiz Arif qızı Paşayeva anadan olub.14 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1949-1956) akademik Müzəffər Heydər oğlu Abutalıbov (1908-1984) anadan olub.14 dekabr 1927-ci il –  Kristalloqrafiya, Mineralogiya və Geokimya kafedrasının professoru, AMEA-nın müxbir üzvü,"Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenli Xudu Surxay oğlu Məmmədov (1927-1988) anadan olub.15 dekabr 1931-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1992-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Qara Teyfur oğlu Mustafayev anadan olub.15 dekabr 1907-ci il – Fiziki coğrafiya və Təbiəti mühafizə kafedralarının professoru (1968-1988), Əməkdar elm xadimi,  Ali Sovetin (10-11-ci çağırış) deputatı, “Lenin”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” və “Şərəf nişanı” ordenli akademik Həsən Əlirza oğlu Əliyev (1907-1993) anadan olub. 15 dekabr 1910-cu il –SSRİ tarixi kafedrasının professoru (1968-1969), Əməkdar elm xadimi İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.16 dekabr 1927-ci il – BDU-nun rektoru (1989-1990), “Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Cəmil Bahadur oğlu Quliyev (1927-2010) anadan olub.17 dekabr 1928-ci il – Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayıb. 17 dekabr 1924-cü il – Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri (1976-1980), Jurnalistika fakültəsinin dekanı (1970-1976), “Şərəf” ordenli, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməhəmməd oğlu Hüseynov anadan olub.18 dekabr 2014-cü il – BDU-nun 95 illik yubileyi qeyd edilib. 22 dekabr1911-ci il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru (1947-1988), Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) anadan olub.24 dekabr 1961-ci il – Azərbaycan Respublikasının Prezidenti, "Heydər Əliyev" ordenli,  BDU-nun Fəxri doktoru İlham Heydər oğlu Əliyev anadan olub.24 dekabr 1918-ci il – Nəzəri fizika kafedrasının müdiri (1967-1988), “Şöhrət” və “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abdulla İbrahim oğlu Muxtarov (1918-2013) anadan olub.25 dekabr 1906-cı il – Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri (1941-1960), professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) anadan olub.25 dekabr 1934-cü il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri (1973-2003), professor Famil Ağalar oğlu Mehdi (1934-2003) anadan olub.25 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1957-1978), profossor Abdulla Xəlil oğlu Tağizadə (1908-1978) anadan olub.25 dekabr 1905-ci il – BDU-nun prorektoru, (1952-1953) Çökmə süxurların petroqrafiyası kafedrasının müdiri (1952-1956), akademik Əzəl Cəfər oğlu Sultanov (1905-1990) anadan olub.25 dekabr 1931-ci il – Kitabxanaçılıq fakültəsinin dekanı (1962-1970 və 1980-1994), Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri (1963-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Əməkdаr mədəniyyət işçisi, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov anadan olub.25 dekabr 1949-cu il- Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı (1989-2000, 2005-2007) professor Rizvan Teymur oğlu Paşayev anadan olub.27 dekabr 1932-ci il – Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri (1991-2000), professor Arif Cəmil oğlu Abasquliyev (1932-2000) anadan olub.28 dekabr 1920-ci il – Fəlsəfə kafedrasının dosenti (1953-1958), BDU HİK-in sədri( 1944-1952), akademik Firudin Qasım oğlu Köçərli (1920-2004) anadan olub.28 dekabr 1900-cü il – Cinayət hüququ kafedrasının müdiri (1945-1976), Əməkdar hüquqşünas professor Vahid Pənah oğlu Qəhrəmanov (1900-1978) anadan olub.28 dekabr 1937-ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri(1986-1994), AMEA-nın müxbir üzvü, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937-2017) anadan olub.29 dekabr 1921-ci il –  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru (1974-2003), “Şöhrət” ordenli, Xalq yazıçısı Əzizə Məmməd qızı Cəfərzadə (1921-2003) anadan olub.30 dekabr 1936-cı il – Azərbaycan SSR Xalq Komissarları Soveti ADU-nun tədris binasının tikintisi barədə qərar qəbul edib. 30 dekabr 1918-ci il –  BDU-nun prorektoru, (1956-1960; 1965-1971), Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1958-1991), Geologiya-coğrafiya fakültəsinin dekanı (1981-1986), AMEA-nın müxbir üzvü, professor Qədir Məmməd oğlu Sultanov (1918-1995) anadan olub.30 dekabr 1930-cu il –  Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri ( 1979-2010), Əməkdar müəllim, professor Cəlal Mehdi oğlu Abdullayev (1930-2010) anadan olub.         30 dekabr 1927-ci il – Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri (1990-2008), professor Məmmədəli Baba oğlu Zeynalov (1927-2008) anadan olub.31 dekabr 1905-ci il – BDU-nun rektoru (1954-1958), Neft kimyası kafedrasının professoru, “Lenin”, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenli, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Ali Sovetinin (V çağırış) və Azərbaycan Ali Sovetinin (IV çağırış) deputatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev (1905-1961) anadan olub.31 dekabr 1909-ci il – Elmi işlər üzrə prorektor (1954-1959), Fiziki coğrafiya kafedrasının müdiri (1952-1958),  “Şərəf nişanı” ordenli, AMEA-nın müxbir üzvü, professor Qasım Kazım oğlu Gül (1909-1972) anadan olub.31 dekabr 1916-cı il – Mülki hüquq kafedrasının müdiri (1952-1990), professor Əziz İsmayıl oğlu Əsədov (1916-1991) anadan olub.
1694 17-12-2014

Bakı Dövlət Universitetinin 95 illik yubileyi münasibətilə bir qrup jurnalist mükafatlandırılıb

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 95 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan edilmiş «Bakı Dövlət Universiteti təhsil, təlim və elm mərkəzi kimi» müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Bakı Dövlət Universitetinin bu milli sərvət adını qazanmaq yolunda keçdiyi tarixə yola nəzər salıb. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovskinin "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram", - fikrini xatırladan rektor bildirib ki, BDU yarandığı gündən indiyə qədər bütün fəaliyyəti ilə həmin sözləri həqiqətə çevirib, hər zaman xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, elm və təhsilin inkişafı, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və Azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb. Rektor Abel Məhərrəmov bildirib ki, BDU olaraq mətbuatla işləməyə böyük əhəmiyyət veririk və mətbuat da universitetə isti münasibət göstərir. 95 illik yubileyimizlə bağlı elan etdiyimiz müsabiqəyə təqdim olunan sənədli filmlər, məqalələr də göstərdi ki, jurnalistlərimiz universitetlə bağlı məlumatlara olduqca həssas yanaşır, təhsil, elm, tədris və ideologiya mərkəzi kimi görülən işləri yetərincə qiymətləndirirlər.

Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyevin «Bakı Dövlət Universiteti və mətbuat» adlı məruzəsindən sonra BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova qalibləri elan edib. “Bizim alma-mater” adlı sənədli filminə görə 1-ci yerin qalibi Azərbaycan Dövlət Televiziyasının əməkdaşları - Mintac Elsevər və Arzu Məmmədova, “Ali təhsil məktəblərinin flaqmanı” yazısı ilə 2-ci yerin qalibi «Respublika» qəzetinin əməkdaşı Qədir Aslan və «Azərbaycanın NANO məktəbi – BDU» adlı sənədli filminə görə Region TV-nin əməkdaşı Aynur Nəsirova, 3-cü yerin qalibləri – «Azərbaycan elminin mayakı» məqaləsi ilə «Trend» İnformasiya Agentliyinin əməkdaşı Vəfa Şairova və “Azərbaycan elminin BDU brendi” məqaləsi ilə bakupost.az saytının əməkdaşı Fərəh Sabirqızı olublar. Müsabiqədə iştirak edən digər jurnalistlərə isə həvəsləndirici mükafatlar təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 17 dekabr 2014-cü il.
 

Digər yazılar

“BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” adlı müsabiqə qalibləri mükafatlandırılıb

Bakı Dövlət Universiteti jurnalistləri mükafatlandırdı