BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
215 03-05-2013

“BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” adlı müsabiqə qalibləri mükafatlandırılıb

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq, ulu öndərin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən söhbət açıb. Bildirib ki, ulu öndərin 90 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verirlər. Onun sözlərinə görə, BDU da bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir: “Xoşbəxt o xalqdır ki, onun Heydər Əliyev kimi ümummilli lideri var. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz eyni zamanda fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub. Bu gün Heydər Əliyevin siyasi kurs ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı və dövləti hər zaman bu siyasətə sadiq qalacaq”.
Yeni Azərbaycan Partiyasının icra katibi, BDU-nun kafedra müdiri, millət vəkili, professor Əli Əhmədov isə çıxışında bildirib ki, bu günlərdə ölkənin hər bir yerində qeyd edilən Heydər Əliyevin yubiley tədbirlərinin hər biri onun xatirəsinə xalq tərəfindən verilən hörmət və etibarın bariz nümunəsi, Heydər Əliyevin ölkə, xalq qarşısında xidmətlərinin xalq tərəfindən etiraf olunmasının təcəssümüdür.
İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev ulu öndərin Azərbaycan xalqı və tarixi qarşısındakı xidmətlərindən danışıb. Deyib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranan gərginlik, özbaşınalıq, vəzifə davası məhz Heydər Əliyevin böyük siyasi təcrübəsi, şəxsi nüfuzu və uzaqgörənliyi sayəsində aradan qalxıb. Qısa zamanda Azərbaycanda stabillik əldə olunub, ölkə inkişafa doğru böyük sürətlə irəliləyib.
BDU-nun tələbələri adından Filologiya fakültəsinin magistri Kəramət Nəcəfzadə çıxış edərək öz fikirlərini çatdırıb. Bununla yanaşı, Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Əlihüseyn Quluzadənin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib. Biologiya fakültəsinin 3-cü kurs tələbəsi Sona Quluzadə isə xalq şairi Zəlimxan Yaqubun “Sənin yerin görünəcək” şeirini bədii qiraət edib.
Tədbirin sonunda BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə KİV nümayəndələri arasında elan olunan “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” adlı müsabiqə haqqında məlumat verib və qaliblərin adlarını açıqlayıb. Münsiflər heyətinin qəbul etdiyi qərara əsasən, “Azərbaycan” qəzetinin şöbə müdiri, Əməkdar jurnalist Flora Xəlilzadə birinci, “525-ci qəzet” və “Şərq” qəzetlərinin əməkdaşları Sevinc Qarayeva, Məlahət Rzayeva ikinci, “Yeni Azərbaycan” və “Kaspi” qəzetlərinin əməkdaşları Nurlan Qələndərli, Rufik İsmayılov üçüncü yerə layiq görülüblər. 10 məqalə müəllifi isə həvəsləndirici mükafat alıb. Qaliblərə mükafatları millət vəkilləri Əli Əhmədov, Fəttah Heydərov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Musa Quliyev  və digər qonaqlar təqdim ediblər.
 
Mətbuat və İnformasiya şöbəsi, 03 may 2013-cü il.

 

Digər yazılar

Bakı Dövlət Universitetinin 95 illik yubileyi münasibətilə bir qrup jurnalist mükafatlandırılıb

Bakı Dövlət Universiteti jurnalistləri mükafatlandırdı