BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
180 23-10-2018

Şərqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda BDU-nun Tədris-Metodiki Şurasının sədri akademik Vasif Babazadə, şuranın üzvü professor Cahangir Məmmədli və  fakültənin professor-müəllim heyəti  iştirak edib.  Elmi Şuranın sədri, dekan professor Elxan Əzizov gündəlikdəki əsas məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Əvvəlcə fakültə Tədris-Metodiki Şurasının sədri professor Mehdi Kazımovun hesabatı dinlənilib. Məruzəçi TMŞ-nin tərkibi, əsas hüquq və vəzifələri barədə məlumat verdikdən sonra cari ildə gördüyü işlər barədə danışıb. TMŞ-nin xətti ilə fakültə üzrə 54 nəfər müəllimin dərsinin təşkili və keyfiyyətinin yoxlanılaraq qiymətləndirilməsi, dərslik, dərs vəsaiti, proqram təminatı sahəsindəki yeniliklər barədə məlumat verilib. Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə TMŞ-nin illik fəaliyyəti barədə müxtəlif rəy və təkliflərlə çıxış ediblər. Professor Mehdi Kazımovun hesabatı BDU-nun Tədris-Metodiki Şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilib. Sonda Elmi Şura üzvlərinin səsverməsilə Şərqşünaslıq TMŞ-nin 2017-2018-ci tədris ili üçün hesabatı qəbul edilib. İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 23 oktyabr 2018-ci il. 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub