BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
148 23-10-2018

Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” beynəlxalq qrant və “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqələri elan edib

“Türk Dünyası Araşdırmaları” müsabiqəsi çərçivəsində 2 alt-müsabiqənin keçirilməsi nəzərdə tutulur: 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsi (Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən birgə təşkil olunmaqla), “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant müsabiqəsi (Elmin İnkişafı Fondu tərəfindən təşkil olunmaqla). 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) müsabiqəsi çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 400.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. “Azərbaycan və Türk Dünyası”tədqiqatları qrant müsabiqəsi çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. Hər iki alt-müsabiqə üzrə təqdim edilən layihənin icra müddəti 2 ildən artıq olmamalıdır.

Müsabiqədə iştirak etmək üçün hər iki alt-müsabiqə üzrə qrant layihələri 2018-ci il noyabrın 1-dən 2019-cu il yanvarın 31-i saat 17:00-dək qəbul olunacaq. “AzTürk-1” alt-müsabiqəsi üzrə nəticələrin 2019-cu ilin 2-ci yarısında, “Azərbaycan və Türk Dünyası” tədqiqatları alt-müsabiqəsinin nəticələrinin isə 2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.

“Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. Layihənin icra müddəti 2 ildən artıq olmamalıdır.

Müsabiqədə iştirak etmək üçün layihələr 2018-ci il oktyabrın 22-dən dekabrın 21-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.

Elan edilən qrant müsabiqələri haqqında ətraflı məlumat sdf.gov.az saytından əldə edilə bilər.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər