BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
135 22-10-2018

Professor Çingiz İsmayılov Xəzəryanı ölkələrin universitetləri Assosiasiyasının XXI Baş Assambleyasında iştirak edib

Bakı Dövlət Universiteti rektorunun Beynəlxalq əlaqələr üzrə  müşaviri, professor Çingiz İsmayılov Xəzəryanı ölkələrin universitetləri Assosiasiyasının XXI Baş Assambleyasında iştirak edib.  Tədbir Qazaxıstanın Atırau şəhərində,  Atırau Universitetinin bazasında keçirilib. Bu Assambleya, Xəzəryanı dövlətlərin rəhbərlərinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzaladıqları tarixi razılaşmadan bir ay sonra keçirilib. Bu sənədin imzalanması regionun dövlətləri arasında dövlətlərarası münasibətlərin inkişafına yeni təkan verib, bu forumun keçirilməsində,  həmçinin  Xəzəryanı dövlətlərin universitetlərinin VI Beynəlxalq İdman Oyunlarının təşkil olunmasında əks olunub.

Tədbirin plenar iclasında professor Çingiz İsmayılov "Xəzər regionu ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial imkanlar" mövzusunda  məruzə edib.

İclasda müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı, konfranslar və müsabiqələrin təşkili məsələləri müzakirə edilib, fikir mübadiləsi aparılıb.  İki gün davam edən tədbirdə Rusiya, Qazaxıstan və İran universitetlərinin nümayəndələrinin də məruzələri dinlənilib.

Qeyd edək ki, Xəzəryanı ölkələrin universitetləri Assosiasiyasının XXII Baş Assambleyası 2019-cu ilin sentyabrında İranın Gilan Universitetində təşkil ediləcək.

Digər yazılar

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib

“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək

BDU-da elmi-fəlsəfi konfrans keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb

BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib