BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
200 12-10-2018

"Olimpiya zirvəsi"ni fəth edən müəllim

Təxminən bir həftə əvvəl müəllimlər günü idi. Bu münasibətlə kiçik bir yazı yazaraq bütün müəllimlərimi təbrik etdim. Elə həmin anlarda ağlıma ilk gələn müəllimlərimdən biri-dekanımız Vüqar Əliyev oldu. Düzdür, hələ ki mənə dərs keçməyib. Necə pedaqoq olduğunu bilmirəm. Ancaq əsl müəllim olduğundan əminəm...

Keçən dərs ilindən etibarən təhsil aldığım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə rəhbərlik edən bu şəxs özünün ali insani keyfiyyətləri ilə çoxlarının, o cümlədən də tələbələrin sevgisini, rəğbətini qazanmağı bacarıb. Həm də təkcə bizim ali məktəbdə yox, eləcə də, digər təhsil müəssisələrində. Dediklərimin təsdiqi üçün təkcə bir faktı qeyd edim: aprel ayında Azərbaycan Dillər Universitetinin "Elm və təhsil Cəmiyyəti" Departamenti Vüqar müəllimi  "Müasir Azərbaycanın inkişafında gənclərin rolu" mövzusu ilə bağlı olaraq keçirilən tədbirə dəvət etmişdi. Həmin seminarda bir tələbə yoldaşımızla birlikdə mən də iştirak edirdim. Tədbir başa çatdıqdan sonra bir neçə tələbə dekanımıza yaxınlaşıb, ona jurnalistika ilə bağlı müxtəlif suallar verib, məsləhətlər istədi. Vüqar müəllim həmin gənclərə o qədər səmimi, mehriban cavab verdi ki...

 Tam mübaliğəsiz deyə bilərəm ki, Vüqar müəllim tələbələrinə xüsusi diqqətlə yanaşır, onları(bizi) səbrlə dinləyir, zəruri məsləhət və tövsiyələrini  əsirgəmir. Şəxsən mənə bir neçə dəfə yol göstərib, nəyi necə etmək  lazım olduğunu deyib. 

  Vüqar müəllimin dekan təyin olunduğunu bildikdən sonra bu xəbəri əməkdaşlıq etdiyim "Olimpiya dünyası" qəzetində də bölüşmüşdüm. Redaksiyanın bütün kollektivi kimi o vaxtkı məsul katibimiz Hürrü müəllim də sevinmişdi və adətən danışmağı çox sevməsə də, bu dəfə ürəkdolusu hələ tanımadığım insan haqqında mənə məlumat vermişdi. Yadımda qaldığı qədər təxmini belə demişdi: "Savadlı adamdır. Yaxşı qələmi var. Vətənınə bağlıdır... Sözün əsl mənasında dəryadır..."

 Sonradan tədricən onu tanıdım. Gördüm ki, söylənilənlər şişirtmə deyil, əksinə, reallığa tam uyğundur. Nə yaxşı ki, bu insanı tanımaq bizə və şəxsən mənə qismət oldu. 

 Bu gün Vüqar müəllimin-tələbələrinin və bütün pedaqoji kollektivin sevgisini-sayğısını qazanan dekanımızın ad günüdür. 

 Sizi təbrik edirəm, Vüqar müəllim! 100 yaşayın, sağlığlı və fərəhli ömür sürün!

 Yəqin ki, bir müəllim üçün ən böyük uğur tələbələrinin qəlbindəki zirvəni fəth etməkdir. Siz bunu çox yaxşı bacarmısınız! "Olimpiya zirvəsini" fəth etmisiniz.

                                  
Kənan Novruzov, BDU-nun Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi

Digər yazılar

Tələbə Həmkarlar Təşkilatı ictimaiətçi fəal tələbələri mükafatlandırıb

TGT "Ağ ölüm" adlı seminar keçirib

BDU TGT üzvləri konfransda iştirak ediblər

BDU-da “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” adlı elmi seminar keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti 100” intellektual yarışmanın açılış mərasimi olub

Bakı Dövlət Universitetinin Debat Klubu çempion olub

Bakı Dövlət Universiteti öz "İSTEDADLAR"ını seçib

BDU-da intellektual yarış. Nə?, Harda?, Nə zaman?

Fizika fakültəsində intellektual oyun

BDU-nun Coğrafiya fakültəsində intellektual yarışma keçirilib

BDU-da intellektual oyun keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib

BDU-da “Batalyon” sənədli filminin təqimatı keçirilib

BDU-nun tələbəsi Beynəlxalq Gənclər Forumunda iştirak edib

BDU-nun magistrantı beynəlxalq elmi konfransda iştirak edib

BDU-da “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda seminar keçirilib

BDU-nun SABAH tələbələri mübadilə proqramları ilə bağlı təlimdə

BDU tələbələri “İblisanə” tamaşasını təqdim ediblər

BDU-da SABAH IV Tələbə Debat Forumunun təqdimatı keçirilib

Tələbələrimiz Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər