BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
167 11-10-2018

BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə“Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Dünyanın  12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə  Bakı Dövlət Universiteti öz stendi ilə təmsil olunur.

         Açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov  Nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

         Daha sonra  nazir Ceyhun Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən Bakı Dövlət Universitetinin stendi ilə yaxından tanış olub. Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS)  şirkətinin ali məktəblərin beynəlxalq  reytinq sırasında Azərbaycandan yalnız Bakı Dövlət Universitetinin yer aldığını bildirib. Rektor həmçinin Bakı Dövlət Universitetinin daha iki beynəlxalq reytinq cədvəlində  qərarlaşdığını nazirin diqqətinə çatdırıb.

           Qeyd edək ki, üç gün davam edəcək XII Beynəlxalq Təhsil  Sərgisində ziyarətçilərə Bakı Dövlət Universitetinin bakalavr, magistratura və  doktorantura pillələri barədə məlumat veriləcək. Həmçinin ziyarətçilər universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanışolma şansı əldə edəcəklər.

         Xatırladaq ki, ötən il keçirilən eyniadlı sərgidə Bakı Dövlət Universiteti “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilmişdi.

 

Mətbuat və İnformasiya şöbəsi, 11 oktyabr 2018-ci il.

Digər yazılar

BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib

BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

BDU-nun Qazax filialında Milli Qurtuluş Günü qeyd edilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

BDU-da “Tokyo Boeki RUS LLC” şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir

Kimya fakültəsinin magistrı “I2B-İdeyadan biznesə” layihəsi üzrə respublika turuna vəsiqə qazanıb

BDU-da imtahan sessiyası başlayıb

BDU-nun əməkdaşları Türkiyənin Sivas Cümhuriyyət Universitetində olublar

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

BDU-nun Qazax filialında 28 may-Respublika gününə həsr olunmuş tədbir keçirilib

BDU-da 28 May – Respublika Günü qeyd edilib

Filologiya fakültəsinin tələbələri “Nəsimi qəzəllərinin qiraəti” adlı şeir müsabiqəsinin qalibi olub

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-da “İnnovativ Start-up layihələrinin təhsildə rolu” adlı konfrans keçirilib

BDU-nun Filologiya fakültəsində “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” adlı elmi seminar keçirilib