BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
136 10-10-2018

“Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” kitabının təqdimatı keçirilib

“İki sahil” qəzetinin baş redaktoru, dosent Vüqar Rəhimzadənin BDU-nun Jurnalistika fakültəsində “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” kitabının təqdimatı keçirilib. Tədbirin moderatoru Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli qonağı salamlayaraq, Vüqar Rəhimzadənin müəllifi olduğu “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” kitabı barədə qısa məlumat verib.

Daha sonra çıxış edən müəllif, ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin (KİV) roluna diqqət çəkərək vurğulayıb ki, monoqrafiyada xüsusi olaraq azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığının plüralist mahiyyəti tarixi və müasir inkişaf kontekstində təhlil edilir, mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət faktoru, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, qlobal internet şəbəkəsində söz azadlığının realizasiyası - internetdə ifadə azadlığına müasir baxış sərgilənir.

Tədbirdə iştirak edən qonaqlar Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Ələsgərli,  “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev çıxışlarında kitabın əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndiriblər və bu kimi tədbirləri təşkil etdiyi üçün universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Daha sonra çıxış edən Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev bu kimi tədbirlərin təşkilinin əhəmiyyətindən danışaraq qonaqlara öz təşəkkürünü bildirib.

Qeyd edək ki, kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçilər siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı və siyasi elmlər doktoru, BDU-nun professoru Hikmət Məmmədovdur. Kitabda nəzəri problemlərin analizi fonunda Azərbaycan milli mətbuatının təşəkkülü və inkişaf istiqamətləri aydınlaşdırılır, söz azadlığı və azad mətbuatın inkişafında Ümummili lider Heydər Əliyevin rolundan, tərəqqi istiqamətinin genişləndirilməsində Prezident İlham Əliyevin bəhs edilir və mətbuatın azad fəaliyyətində siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir.

Tədbirin sonunda Vüqar Rəhimzadə müəllifi olduğu “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” kitabını tələbələrə hədiyyə edib.

Mətbuat və informasiya şöbəsi, 10 oktybar 2018-ci il.

Digər yazılar

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu Türkanə Mehdiyeva: “BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən”

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb

BDU kollektivi professor Şirməmməd Hüseynovun məzarını ziyarət edib

BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı

BDU-nun filoloqları Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetində

“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi

BDU jurnalistlər üçün «100 ilin zirvəsində» adlı müsabiqə elan edir

BDU məzunları müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstəriblər

BDU-nun jurnalist əməkdaşları və tələbələri “Breaking News! Media Weekend 2019" adlı təlim proqramda iştirak ediblər

BDU Mətbuat xidməti yenə fərqləndi

BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib