BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
151 09-10-2018

Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının həqiqi üzvü kimi qurumun prezidenti tərəfindən beynəlxalq forumda çıxış üçün Moskvaya dəvət edilib

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Serqeev Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Abel Məhərrəmova YUNESKO-nun qeyri-dövlət tərəfdaşlarının Moskvada keçiriləcək X Beynəlxalq elmi forumunda iştirak və çıxış etmək üçün dəvət məktubu göndərib.

Akademik Aleksandr Serqeev "Elm və bəşəriyyətin davamlı inkişafı" mövzusunda keçiriləcək forumda görkəmli azərbaycanlı alimin iştirakının forumun yüksək səviyyəsinə və əhəmiyyətinə faydalı olacağına, bəşəriyyətin davamlı inkişafı naminə həlledici qərarların qəbul edilməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Rusiya Elmlər Akademiyasının və “Rusiya Sülh Fondu”nun YUNESKO-nun dəstəyi ilə təşkil etdiyi forum noyabrın 26-27-də baş tutacaq. Foruma YUNESKO-ya üzv dövlətlərin 100-ə yaxın nümayəndəsinin və Rusiyanın 15 bölgəsindən 350-dən artıq iştirakçının qatılacağı gözlənilir.

Forum çərçivəsində Bakı Dövlət Universiteti ilə Rusiya Elmlər Akademiyası və qurumun müvafiq institutları arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək, birgə tədqiqat işləri, elmi işçilərin mübadiləsi, konfrans, simpozium keçirilməsi istiqamətində danışıqlar aparılacaq.

 

Mətbuat və informasiya şöbəsi, 09 oktyabr 2018.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub