İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib
İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə və səfirliyin əməkdaşları Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının professoru Təhminə Rüstəmovanı elmi-pedaqoji fəaliyyətinin 64 illiyi, həmçinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediblər. Professor T.Rüstəmova onu evində ziyarət edən qonaqlara təşəkkür edib, ömür yolu, elmi-pedaqoji fəaliyyəti barədə məlumat verərək onları zəngin kitabxanası ilə tanış edib. Səfir Cavad Cahangirzadə Azərbaycanda fars dilinin tədrisində və tədqiqində, şərqşünas filoloq və tərcüməçilərin yetişməsində, dərslik və dərs vəsaitlərinin tərtib olunmasında çox böyük xidmətləri olan professorun məhsuldar əməyini yüksək qiymətləndirib. Sonda professor Təhminə Rüstəmovaya səfirliyin “Fəxri Fərman”ı və xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, görüşdə Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə də iştirak edib.
Mətbuat və informasiya şöbəsi, 05 oktyabr 2018-ci il.
Digər yazılar
İraq səfiri BDU-da olub
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar
Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib
BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir
BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib
BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib
BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək
Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb
BDU-da İndoneziya səfiri ilə görüş olub
Küveytli professor BDU-da olub
BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub
Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da
BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb
BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb
Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub