BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
127 08-10-2018

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qara Mustafayev vəfat edib. Alimlə keçirilən vida mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1931-ci ildə anadan olan Qara müəllim 1954-cü ildə Bakı Dövlət Universitetini, 1958-ci ildə AMEA-nın aspiranturasını bitirib. 1959-cu ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan alim 50-dən çox kitab, 600-dən çox elmi məqalə, 400-ə qədər dövrü mətbuat məqaləsinin müəllifi olub, 45 tədris proqramı tərtib edib, 5 telefilmə ssenari yazıb.

Rektor Abel Məhərrəmov onu da bildirib ki, “Biotik əlaqələr” haqqında təbii qanun kəşf edən professor Qara Mustafayev 18 elmi konsepsiyasının müəllifi olub və Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb. Professor Qara Müstafayevin Biologiya fakültəsində dekan müavini, fakültə Metodik Şurasının sədri və dekan vəzifələrində işlədiyini bildirən rektor alimin “Şöhrət” ordeninə layiq görüldüyünü və Prezident təqaüdçüsü olduğunu bildirib. Rektorun çıxışından o da məlum olub ki, görkəmli alim eyni zamanda, BDU Elmi Şurasının qərarı ilə universitetin “Fəxri professoru” adına layiq görülüb.

Biologiya fakültəsinin dekanı Akif Quliyev isə qeyd edib ki, professor Qara Müstafayev əhalinin ətraf mühit ilə əlaqəsini sosial mühit ilə vəhdətdə tədqiq edib. 35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, uzun müddət Azərbaycanın dövlət televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olub.

Sonra Zoologiya kafedrasının müdiri, professor Canbaxış Nəcəfov çıxış edərək alimin onurğalılar zoologiyası, onun ekoloji istiqaməti barədəki xidmətlərindən danışıb, bu sahə üzrə 13 elmlər namizədi, 2 elmlər doktoru yetişdirdiyini bilidirib.

Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən oğlu Azər Mutafayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Allah rəhmət eləsin!

Mətbuat və informasiya şöbəsi, 08 oktyabr 2018-ci il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər