BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
139 03-10-2018

Abel Məhərrəmov Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclasında nanotexnologiyadan danışıb

Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyətinin Bakı Dövlət Universiteti Elmi Şirası ilə birgə səyyar iclası keçirilib. İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəliyi elan edib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzə üçün yaratdığı şəraitə görə AMEA-nın Rəyasət Heyətinə minnətdarlıq edən akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladaraq, AMEA-nın yubileylə bağlı tədbirlər planını təsdiq etdiyini və məruzəsinin yubiley ərəfəsində hesabat olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 4-də Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan və Rumıniya universitetləri arasında nanotexnologiya istiqamətində müqavilə imzalandığını deyən akademik Abel Məhərrəmov, dövlət başçısının göstərişinə əsasən bir il sonra Bakı Dövlət Universitetində Nano Araşdırmalar Mərkəzinin, ardınca "Nanomaterialların kimyəvi fizikası" kafedrasının yaradıldığını və dünya elminin bu prioritet istiqaməti üzrə tədqiqatlara başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, qısa müddətdən sonra bu elmin əsasları universitetin Fizika, Kimya, Biologiya fakültələrinin bakalavr pilləsində tədris edilməyə başlayıb. Eyni zamanda Nanohissəciklərin fizikası, Nanomaterialların fiziki kimyası və Nanobiotexnologiya ixtisaslaşmalarında magistr hazırlığı aparılıb, 12 nəfər kimya və fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün müdafiə edib.

Akademikin sözlərindən o da məlum olub ki, nanotexnologiya sahəsində yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar hazırlanıb, hətta bəzi dərsliklər ABŞ-ın və Rusiyanın məşhur nəşriyyatlarında və universitetlərində çap edilib.

Nanotexnologiyanın tətbiq sahələrinin çox böyük diapazonda yerləşdiyinə diqqət çəkən akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahəsi və hərbi sənaye istiqamətində araşdırmalarını qeyd edib və bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıqlar alındığını söyləyib. Bildirib ki, BDU-da Nanotexnologiya sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müştərək tətbiqi xarakterli tədqiqatlar aparırlır və ABŞ, Rusiya, Yaponiya, İsveçrə, Kanada, İspaniya, İtaliyanın müvafuq universitetləri, bu sahədə olan araşdırm mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələri uğurla yerinə yetirilib. (Bu məbləğ donor ölkələr tərəfindən BDU-ya köçürülüb). Nəticə olaraq 2017-ci ildə Web of Science sisteminə daxil olan jurnallarda universitet alimlərinin 247 məqaləsi dərc edilib ki, bu məqalələrədən 37-si nanotədqiqatlar sahəsini əhatə edir.

Sonra akademik Abel Məhərrəmovun məruzəsi ətrafına müzakirələr başlayıb. AMEA-nın Rəyasət Heyətinin üzvləri, akademiklər bu elmi istiqamətin dünya elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindəm danışıb, respublikada bu istiqamətdə tədqiqatların məqsədəuyğunlugu və vacibliyini qeyd ediblər. Eyni zamanda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədi ilə AMEA,  BDU və bu istiqamətdə tədqiqat aparan digər strukturlarla müştərək dövlət qurumlarına təqdim etmək üçün meqalayihənin hazırlanması qərara alınıb.

Sonda Bakı Dövlət Universiteti Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında filialı açılıb.

Mətbuat və informasiya şöbəsi, 3 oktyabr 2018-ci il.

Digər yazılar

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər