BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
2 dekabr 1904-cü il - BDU-nun prorektoru, (1953-1954),Geofizika kafedrasının müdiri (1953-1959), akademik Şirəli Nəsir oğlu Məmmədov (1904-1984) anadan olub.2 dekabr 2010-cu il - Bakı Dövlət Universitetində Tədris-elektron mərkəzi istifadəyə verilib. 6 dekabr 1922-ci il - Bakı Dövlət Universitetinin adı dəyişdirilib- Azərbaycan Dövlət Universiteti adlandırılıb. 7 dekabr 1993-cü il – professor Murtuz Nəcəf oğlu Ələsgərov rektor təyin edilib. 12 dekabr- Ümummilli lider Heydər Əliyevin anım günü13 dekabr 1962-ci il- Klassik Azərbaycan ədəbiyyatı  kafedrasının müdiri(2009-cu ildən), BDU-nun prorektoru(2006-2008),Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru(2008-ci ildən), akademik Nərgiz Arif qızı Paşayeva anadan olub.14 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1949-1956) akademik Müzəffər Heydər oğlu Abutalıbov (1908-1984) anadan olub.14 dekabr 1927-ci il –  Kristalloqrafiya, Mineralogiya və Geokimya kafedrasının professoru, AMEA-nın müxbir üzvü,"Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenli Xudu Surxay oğlu Məmmədov (1927-1988) anadan olub.15 dekabr 1931-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1992-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Qara Teyfur oğlu Mustafayev anadan olub.15 dekabr 1907-ci il – Fiziki coğrafiya və Təbiəti mühafizə kafedralarının professoru (1968-1988), Əməkdar elm xadimi,  Ali Sovetin (10-11-ci çağırış) deputatı, “Lenin”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” və “Şərəf nişanı” ordenli akademik Həsən Əlirza oğlu Əliyev (1907-1993) anadan olub. 15 dekabr 1910-cu il –SSRİ tarixi kafedrasının professoru (1968-1969), Əməkdar elm xadimi İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.16 dekabr 1927-ci il – BDU-nun rektoru (1989-1990), “Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Cəmil Bahadur oğlu Quliyev (1927-2010) anadan olub.17 dekabr 1928-ci il – Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayıb. 17 dekabr 1924-cü il – Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri (1976-1980), Jurnalistika fakültəsinin dekanı (1970-1976), “Şərəf” ordenli, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməhəmməd oğlu Hüseynov anadan olub.18 dekabr 2014-cü il – BDU-nun 95 illik yubileyi qeyd edilib. 22 dekabr1911-ci il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru (1947-1988), Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) anadan olub.24 dekabr 1961-ci il – Azərbaycan Respublikasının Prezidenti, "Heydər Əliyev" ordenli,  BDU-nun Fəxri doktoru İlham Heydər oğlu Əliyev anadan olub.24 dekabr 1918-ci il – Nəzəri fizika kafedrasının müdiri (1967-1988), “Şöhrət” və “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abdulla İbrahim oğlu Muxtarov (1918-2013) anadan olub.25 dekabr 1906-cı il – Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri (1941-1960), professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) anadan olub.25 dekabr 1934-cü il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri (1973-2003), professor Famil Ağalar oğlu Mehdi (1934-2003) anadan olub.25 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1957-1978), profossor Abdulla Xəlil oğlu Tağizadə (1908-1978) anadan olub.25 dekabr 1905-ci il – BDU-nun prorektoru, (1952-1953) Çökmə süxurların petroqrafiyası kafedrasının müdiri (1952-1956), akademik Əzəl Cəfər oğlu Sultanov (1905-1990) anadan olub.25 dekabr 1931-ci il – Kitabxanaçılıq fakültəsinin dekanı (1962-1970 və 1980-1994), Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri (1963-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Əməkdаr mədəniyyət işçisi, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov anadan olub.25 dekabr 1949-cu il- Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı (1989-2000, 2005-2007) professor Rizvan Teymur oğlu Paşayev anadan olub.27 dekabr 1932-ci il – Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri (1991-2000), professor Arif Cəmil oğlu Abasquliyev (1932-2000) anadan olub.28 dekabr 1920-ci il – Fəlsəfə kafedrasının dosenti (1953-1958), BDU HİK-in sədri( 1944-1952), akademik Firudin Qasım oğlu Köçərli (1920-2004) anadan olub.28 dekabr 1900-cü il – Cinayət hüququ kafedrasının müdiri (1945-1976), Əməkdar hüquqşünas professor Vahid Pənah oğlu Qəhrəmanov (1900-1978) anadan olub.28 dekabr 1937-ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri(1986-1994), AMEA-nın müxbir üzvü, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937-2017) anadan olub.29 dekabr 1921-ci il –  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru (1974-2003), “Şöhrət” ordenli, Xalq yazıçısı Əzizə Məmməd qızı Cəfərzadə (1921-2003) anadan olub.30 dekabr 1936-cı il – Azərbaycan SSR Xalq Komissarları Soveti ADU-nun tədris binasının tikintisi barədə qərar qəbul edib. 30 dekabr 1918-ci il –  BDU-nun prorektoru, (1956-1960; 1965-1971), Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1958-1991), Geologiya-coğrafiya fakültəsinin dekanı (1981-1986), AMEA-nın müxbir üzvü, professor Qədir Məmməd oğlu Sultanov (1918-1995) anadan olub.30 dekabr 1930-cu il –  Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri ( 1979-2010), Əməkdar müəllim, professor Cəlal Mehdi oğlu Abdullayev (1930-2010) anadan olub.         30 dekabr 1927-ci il – Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri (1990-2008), professor Məmmədəli Baba oğlu Zeynalov (1927-2008) anadan olub.31 dekabr 1905-ci il – BDU-nun rektoru (1954-1958), Neft kimyası kafedrasının professoru, “Lenin”, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenli, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Ali Sovetinin (V çağırış) və Azərbaycan Ali Sovetinin (IV çağırış) deputatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev (1905-1961) anadan olub.31 dekabr 1909-ci il – Elmi işlər üzrə prorektor (1954-1959), Fiziki coğrafiya kafedrasının müdiri (1952-1958),  “Şərəf nişanı” ordenli, AMEA-nın müxbir üzvü, professor Qasım Kazım oğlu Gül (1909-1972) anadan olub.31 dekabr 1916-cı il – Mülki hüquq kafedrasının müdiri (1952-1990), professor Əziz İsmayıl oğlu Əsədov (1916-1991) anadan olub.
1243 02-10-2018

BDU-da Murtuz Ələsgərovun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Milli Məclisi, Yeni Azərbaycan Partiyası və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, tanınmış ictimai-siyasi xadim və elm-təhsil təşkilatçısı, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda olub, görkəmli dövlət xadiminin məzarı önünə əklil qoyublar. Konfransdan əvvəl BDU-nun Hüquq fakültəsində Murtuz Ələsgərovun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefinin açılışı olub.

Konfransın plenar iclasında rektor, akademik Abel Məhərrəmov çıxış edib, universitetdə böyük xidmətlər göstərmiş görkəmli ziyalıların əziz xatirəsinin hər zaman yüksək tutulduğunu, bu günün də ali təhsil ocağının tarixində əlamətdar günlərdən biri olduğunu bildirib. Beynəlxalq səviyyədə tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun unudulmaz xidmətlərini yaddaşlarda əbədiləşdirmək üçün bir sıra işlər görüldüyünü, onun adına adlı təqaüd təsis edildiyini qeyd edib. Murtuz Ələsgərovun hüquq elmi sahəsindəki əvəzolunmaz xidmətlərindən bəhs edən akademik Abel Məhərrəmov onun Beynəlxalq hüquq sahəsində həm ilk elmlər namizədi, həm də ilk elmlər doktoru, professor olmuş azərbaycanlı olduğunu söyləyib.

Onu da bildirib ki, 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş Murtuz Ələsgərov bu təhsil ocağının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mühüm islahatların əsasını qoyub. Eyni zamanda, həmin dövrdə cərəyan edən mühüm ictimai-siyasi proseslərdə də yaxından iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək qeyd edib ki, bütün həyat və fəaliyyətini hüquq elminin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə, müstəqil dövlətimizin qurulmasına, möhkəmlənməsinə və inkişafına həsr edən Murtuz Ələsgərov Azərbaycanın elmi və ictimai-siyasi tarixində silinməz izlər qoyub, o vaxt mətbuatda dərc olunan yazılarında ulu öndər Heydər Əliyevin Azərbaycanı xilas edə biləcək yeganə siyasi lider olduğunu çəkinmədən bəyan edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov görkəmli dövlət xadimi Murtuz Ələsgərovun böyük və şərəfli ömür yolu keçdiyini qeyd edib, onun Azərbaycan xalqının görkəmli ziyalılarının parlaq nümunəsi olduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov bildirib ki, görkəmli dövlət xadimi Murtuz Ələsgərov ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılanda həmin ədalətsiz qərara qarşı mübarizə aparanlara dəstək verib, ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoyub.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə söyləyib ki, görkəmli ictimai-siyasi xadim Murtuz Ələsgərov respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlayıb, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək edib.

Konfransda Rusiya Federasiyasının Əməkdar hüquqşünası, professor Revol Valayev, Moskva Dövlət Universitetinin prorektoru, professor İqor Barisoviç, Ukrayna Respublikasından professor Leonid Timçenkonın nitqindən sonra tədbir  Murtuz Ələsgərov adına adlı təqaüdçü, Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Əkbər Əliyevin çıxışı ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 02 oktyabr 2018-ci il.

Digər yazılar

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib

“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək

BDU-da elmi-fəlsəfi konfrans keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb

BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib