BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
115 01-10-2018

Fizika fakültəsində növbəti dissertasiya işinin müdafiəsi keçirilib

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 27 sentyabr 2018-ci il tarixində Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 və PVDF+Fe3Oəsaslı polimer nanokompozitlərin alınması, quruluşu və xassələri” mövzusunda 2222.01.–“Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Fizika fakültəsinin dekanı, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının professoru Məhəmmədəli Ramazanovun və İtaliyanın La Sapienza universitetinin professoru Luca Di Palmanın rəhbərliyi ilə hazırlanmış elmi tədqiqat işi Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib. İtalyan professorun da iştirak etdiyi müdafiə prosesi, maraqlı diskussiyalarla yadda qalıb.

İclası aparan Şura üzvü professor Əhməd Abdinov doktorantın indiyədək xarici ölkələrdə keçirilmiş konfranslarda uğurla çıxış etdiyini, elmi tədqiqat işinin nəticələrinin isə bir çox xarici jurnallarda çap olunduğunu qeyd edib. Belə ki, dissertant H.Şirinova  7-si Web of Science bazasında indekslənmiş 8 məqalə və 8 tezis olmaqla, ümumilikdə, 16 elmi işin müəllifidir. Opponentlər və elmi rəhbərlər də işin elmi əhəmiyyətini qeyd ediblər.

Professor Məhəmmədəli Ramazanov təqdim olunan işin aktuallığını, dünya elm müstəvisində bu sahədə görülən müasir işlərdən geri qalmadığını vurğulayıb, iddiaçının bir tədqiqatçı kimi, müsbət şəxsi keyfiyyətlərə malik olduğunu qeyd edib. İkinci elmi rəhbər olan Luca Di Palma H.Şirinova ilə Tempus “ECONANO” proyekti çərçivəsində tanış olduğunu, onun dəfələrlə İtaliyanın Roma, Florensiya şəhərlərində tədqiqat işləri apardığını vurğulayıb.

Qeyd edək ki, müdafiədə Azərbaycan Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvləri də iştirak edib. Prosesdə iştirak edən 3 nəfərdən ibarət nümayəndə heyəti rektor, akademik Abel Məhərrəmov tərəfindən xüsusi dəvət olunub. Belə ki, bu qərar Bakı Dövlət Universitetinin daxilində fəaliyyət göstərən dissertasiya şuralarının təşkil etdiyi müdafiə proseslərinin birbaşa AAK-ın komissiya üzvləri tərəfindən izlənməsinin təmin edilməsinə xidmət edir.  

 

Mətbuat və informasiya şöbəsi, 01 oktyabr 2018-ci il.

 

Digər yazılar

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib

BDU-nun professoru Yaponiyada Nəsimi ilə bağlı məruzə edib