BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
183 01-10-2018

BDU-nun dilçi alimləri Polşada XIII uluslararası böyük türk dili qurultayında iştirak ediblər

25-28 sentyabr 2018-ci il tarixində Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universiteti, Yunus Əmrə İnstitutu və Varşava Universitetinin birgə təşkilatıçılığı ilə Polşa Respublikasının Varşava Universitetində XIII Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib. İki mühüm tarixi hadisə ərəfəsinə - 26 sentyabr Türk dili bayramı gününə və Türkiyə-Polşa diplomatik münasibətlərinin 600 illiyinə təsadüf edən qurultaya dünyanın müxtəlif ölkələrindən 120 elm adamı qatılıb. Bu mötəbər elmi tədbirdə Bakı Dövlət Universitetini Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva və Türkoloji araşdırmalar ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov uğurla təmsil edib.  

Qurultayın açılış mərasimində təşkilat komitəsinin sədri, Bilkənd Universitetinin professoru Rasim Özyürək, Yunus Əmrə İnstitutunun rəhbəri professor Şərəf Atəş, Varşavadakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Öztürk Əmiroğlu, Varşava Universitetinin Türkologiya kafedrasının müdiri, dosent Agata Baraja Starzynska, Türkiyə-Azərbaycan Dostluq və İşbirliyi Vəqfinin rəhbəri, professor Ənvər Həsənoğlu, Türkiyə Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiriTahsin Tunç Üğdül və Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, professor Həsən Həsənovçıxış edərək türk coğrafiyasının elmi-mədəni mühitindən, xüsusilə türkologiya sahəsində qarşılıqlı əlaqələrin inkişafından, qarşıda dayanan əsas vəzifələrdən və gələcək perspektivlərdən danışıb, qurultayın əhəmiyyətindən söz açıblar.  

Açılış mərasimindən sonra bölmə iclasları öz işinə başlayıb. Zemfira Şahbazova “Türk dillərində sual əvəzlikləri və onların linqvistik xüsusiyyətləri”, dosent Qızılgül Abdullayeva “XVII əsrdə aparıcı dil anlayışı və normada xəlqiləşmə”, Pərvin Eyvazov isə “Professor Bəkir Çobanzadə və türkcənin söz varlığı” adlı məruzələrlə çıxış edib. Qızılgül Abdullayeva məruzəçisi olduğu bölməyə təşkilat komitəsi tərəfindən rəhbər təyin olunub.  

Ölkəmizin Polşadakı səfiri, professor Həsən Həsənov Azərbaycandan qurultaya qatılmış akademik heyətlə görüşüb. Öncə 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsi ziyarət olunub. Ardınca səfirlik tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Azərbaycan-Polşa münasibətlərindən danışan Həsən Həsənov səfirliyin həyata keçirdiyi mühüm işlərdən söz açaraq elm sahəsində əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb, bu cür tədbirlərin təşkil edilməsini müsbət hal kimi dəyərləndirib. Sonra səfir H.Həsənov təmsilçilərimizi “Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı və diplomu ilə təltif edib.  

Həmçinin qurultay müddətində iştirakçıların Varşava şəhəri ilə tanışlığı baş tutub. Şəhəri gəzən qonaqlar buranın memarlıq abidələri və tarixi yerləri ilə yaxından tanış olublar.

Qurultayın bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından BDU-nun Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevaya söz verilib. Sonda bütün iştirakçılara təşkilat komitəsi tərəfindən sertifikatlar təqdim olunub.

Bakı Dövlət Universitetini təmsil edən elm adamlarının Polşa səfəri həmişə olduğu kimi yenə də uğurlu və yaddaqalan olub.  

Mətbuat və informasiya şöbəsi, 01 oktyabr 2018-ci il.

Digər yazılar

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib

“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək

BDU-da elmi-fəlsəfi konfrans keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb

BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib