BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
2 dekabr 1904-cü il - BDU-nun prorektoru, (1953-1954),Geofizika kafedrasının müdiri (1953-1959), akademik Şirəli Nəsir oğlu Məmmədov (1904-1984) anadan olub.2 dekabr 2010-cu il - Bakı Dövlət Universitetində Tədris-elektron mərkəzi istifadəyə verilib. 6 dekabr 1922-ci il - Bakı Dövlət Universitetinin adı dəyişdirilib- Azərbaycan Dövlət Universiteti adlandırılıb. 7 dekabr 1993-cü il – professor Murtuz Nəcəf oğlu Ələsgərov rektor təyin edilib. 12 dekabr- Ümummilli lider Heydər Əliyevin anım günü13 dekabr 1962-ci il- Klassik Azərbaycan ədəbiyyatı  kafedrasının müdiri(2009-cu ildən), BDU-nun prorektoru(2006-2008),Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru(2008-ci ildən), akademik Nərgiz Arif qızı Paşayeva anadan olub.14 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1949-1956) akademik Müzəffər Heydər oğlu Abutalıbov (1908-1984) anadan olub.14 dekabr 1927-ci il –  Kristalloqrafiya, Mineralogiya və Geokimya kafedrasının professoru, AMEA-nın müxbir üzvü,"Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenli Xudu Surxay oğlu Məmmədov (1927-1988) anadan olub.15 dekabr 1931-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1992-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Qara Teyfur oğlu Mustafayev anadan olub.15 dekabr 1907-ci il – Fiziki coğrafiya və Təbiəti mühafizə kafedralarının professoru (1968-1988), Əməkdar elm xadimi,  Ali Sovetin (10-11-ci çağırış) deputatı, “Lenin”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” və “Şərəf nişanı” ordenli akademik Həsən Əlirza oğlu Əliyev (1907-1993) anadan olub. 15 dekabr 1910-cu il –SSRİ tarixi kafedrasının professoru (1968-1969), Əməkdar elm xadimi İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.16 dekabr 1927-ci il – BDU-nun rektoru (1989-1990), “Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Cəmil Bahadur oğlu Quliyev (1927-2010) anadan olub.17 dekabr 1928-ci il – Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayıb. 17 dekabr 1924-cü il – Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri (1976-1980), Jurnalistika fakültəsinin dekanı (1970-1976), “Şərəf” ordenli, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməhəmməd oğlu Hüseynov anadan olub.18 dekabr 2014-cü il – BDU-nun 95 illik yubileyi qeyd edilib. 22 dekabr1911-ci il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru (1947-1988), Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) anadan olub.24 dekabr 1961-ci il – Azərbaycan Respublikasının Prezidenti, "Heydər Əliyev" ordenli,  BDU-nun Fəxri doktoru İlham Heydər oğlu Əliyev anadan olub.24 dekabr 1918-ci il – Nəzəri fizika kafedrasının müdiri (1967-1988), “Şöhrət” və “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abdulla İbrahim oğlu Muxtarov (1918-2013) anadan olub.25 dekabr 1906-cı il – Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri (1941-1960), professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) anadan olub.25 dekabr 1934-cü il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri (1973-2003), professor Famil Ağalar oğlu Mehdi (1934-2003) anadan olub.25 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1957-1978), profossor Abdulla Xəlil oğlu Tağizadə (1908-1978) anadan olub.25 dekabr 1905-ci il – BDU-nun prorektoru, (1952-1953) Çökmə süxurların petroqrafiyası kafedrasının müdiri (1952-1956), akademik Əzəl Cəfər oğlu Sultanov (1905-1990) anadan olub.25 dekabr 1931-ci il – Kitabxanaçılıq fakültəsinin dekanı (1962-1970 və 1980-1994), Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri (1963-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Əməkdаr mədəniyyət işçisi, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov anadan olub.25 dekabr 1949-cu il- Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı (1989-2000, 2005-2007) professor Rizvan Teymur oğlu Paşayev anadan olub.27 dekabr 1932-ci il – Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri (1991-2000), professor Arif Cəmil oğlu Abasquliyev (1932-2000) anadan olub.28 dekabr 1920-ci il – Fəlsəfə kafedrasının dosenti (1953-1958), BDU HİK-in sədri( 1944-1952), akademik Firudin Qasım oğlu Köçərli (1920-2004) anadan olub.28 dekabr 1900-cü il – Cinayət hüququ kafedrasının müdiri (1945-1976), Əməkdar hüquqşünas professor Vahid Pənah oğlu Qəhrəmanov (1900-1978) anadan olub.28 dekabr 1937-ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri(1986-1994), AMEA-nın müxbir üzvü, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937-2017) anadan olub.29 dekabr 1921-ci il –  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru (1974-2003), “Şöhrət” ordenli, Xalq yazıçısı Əzizə Məmməd qızı Cəfərzadə (1921-2003) anadan olub.30 dekabr 1936-cı il – Azərbaycan SSR Xalq Komissarları Soveti ADU-nun tədris binasının tikintisi barədə qərar qəbul edib. 30 dekabr 1918-ci il –  BDU-nun prorektoru, (1956-1960; 1965-1971), Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1958-1991), Geologiya-coğrafiya fakültəsinin dekanı (1981-1986), AMEA-nın müxbir üzvü, professor Qədir Məmməd oğlu Sultanov (1918-1995) anadan olub.30 dekabr 1930-cu il –  Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri ( 1979-2010), Əməkdar müəllim, professor Cəlal Mehdi oğlu Abdullayev (1930-2010) anadan olub.         30 dekabr 1927-ci il – Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri (1990-2008), professor Məmmədəli Baba oğlu Zeynalov (1927-2008) anadan olub.31 dekabr 1905-ci il – BDU-nun rektoru (1954-1958), Neft kimyası kafedrasının professoru, “Lenin”, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenli, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Ali Sovetinin (V çağırış) və Azərbaycan Ali Sovetinin (IV çağırış) deputatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev (1905-1961) anadan olub.31 dekabr 1909-ci il – Elmi işlər üzrə prorektor (1954-1959), Fiziki coğrafiya kafedrasının müdiri (1952-1958),  “Şərəf nişanı” ordenli, AMEA-nın müxbir üzvü, professor Qasım Kazım oğlu Gül (1909-1972) anadan olub.31 dekabr 1916-cı il – Mülki hüquq kafedrasının müdiri (1952-1990), professor Əziz İsmayıl oğlu Əsədov (1916-1991) anadan olub.
42 08-09-2018

Bakı Dövlət Universiteti 100 illik yubileyə doğru


Məlum olduğu kimi, Prezident İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirərək Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyi qeyd olunur. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların son texnologiyaların tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki böyük xidmətləri xüsusi vurğulanır.

BDU tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verib.  Sərəncamda ali təhsilimizin flaqmanı kimi müasir dövrdə BDU-nun qarşısında duran missiya, inkişaf hədəfləri də öz əksini tapıb.

Ölkədə yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.

Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 23 minə yaxındır. Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş, o cümlədən, 1500 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir.

İldən-ilə BDU-da təhsil almaq istəyən tələbələrin sayı artır.

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşüb.

Universitetin Mətbuat və informasiya şöbəsinin məlumatına görə, bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların sayı (BDU-nun Qazax filialı da daxil olmaqla) 6220 nəfər təşkil edib. BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5444 nəfər qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 400 nəfər çoxdur.  Bu il qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan tələbələr ötən illə müqayisədə 71 nəfər artaraq 461, 500-700 arası bal toplayanlar isə 482 nəfər artaraq 1982 nəfər olub. Eyni zamanda, 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 3 nəfərin seçimi də BDU olub.

Bu il BDU-nun Qazax filialına qəbul olan tələbələrin sayında da artım olub. Belə ki, bu il filiala 561 nəfər tələbə qəbul olub. Bu rəqəm ötən illə müqayisədə 172 nəfər çoxdur. Beləlik də, BDU-nun Qazax filialında cari tədris ilində 17 ixtisas üzrə təhsil alanların sayı 1006 nəfərə çatıb.

Bu tədris ilində BDU-nun SABAH qruplarına qəbul olunan tələbələrin sayı 250 nəfərdən 280 nəfərə qədər yüksəlib. Onlardan 264 nəfəri BDU tələbələridir. Ümumilikdə, BDU-nun 10 ixtisas üzrə SABAH qrupları tələbələrinin sayı ötən ilə müqayisədə 106 nəfər artaraq 701 təşkil edib.

Magistratura səviyyəsinə qəbul olan magistrantların sayı da açıqlanıb. Onların sayı 776 nəfər təşkil edib. Bu da ötən illə müqayisədə 132 nəfər çoxdur: “Bu il Bakı Dövlət Universitetinin magistratura səviyyəsində “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “Əqli mülkiyyət hüququ”, “Əmək hüququ: sosial təminat hüququ”, “İdman hüququ” və “Turizm hüququ” ixtisasları, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” adlı yeni ixtisaslaşmalar açılıb”.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyir ki, klassik universitetlər hər zaman dövlətin və dövlətçiliyin barometrləri hesab olunublar. Hər bir ölkənin milli ideologiyası hazırlanarkən bu universitetlərin fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir: “Ölkələrin elm, təhsil, kadr potensialının, ziyalı təbəqəsinin formalaşmasında, habelə cəmiyyətdə maarifçiliyin genişlənməsində klassik universitetlərin xüsusi xidmətləri olub. Bu baxımdan Azərbaycanın ilk ali təhsil ocağının, klassik universitetinin - Bakı Dövlət Universitetinin yubileyi, əslində, ümumxalq yubileyidir. BDU yarandıqdan sonra Azərbaycanda maarifçilik sürətlə inkişaf edib, elmi potensial formalaşıb. Azərbaycan Milli Elmlər Akademiyası yaranarkən BDU-nun və onun məzunlarının elmi potensialından geniş istifadə olunub. Bu da təsadüfi deyil ki, bir çox tarixi şəxsiyyətlər məhz Bakı Dövlət Universitetini bitiriblər. Əlbəttə, mən ilk növbədə, təhsil ocağının dünya şöhrətli məzunu, Ümummilli lider Heydər Əliyevi yada salmaq istəyirəm. Eləcə də çoxsaylı yazıçılarımız, ziyalılarımız, şairlərimiz, böyük elm xadimlərimiz universitetin məzunu olublar. Onlar Azərbaycan elmini BDU-da aldıqları təhsil hesabına yüksəklərə ucaldıblar”.

A.Məhərrəmovun sözlərinə görə, klassik universitetlərin digər universitetlərdən bir böyük üstünlüyü də var. Burada həm təbiət, dəqiq və texniki elmlər, həm də humanitar elm sahələri fəaliyyət göstərir. BDU-nun fakültələri və mövcud olan ixtisaslar bütövlükdə Azərbaycan cəmiyyətinin bütün strukturlarını təmsil edir. Universitetin alimləri hüquq-mühafizə orqanları, elm, təhsil, səhiyyə, mədəniyyət və digər mühüm sahələrdə fəaliyyət göstərirlər. Təqribi hesablamalara görə, ölkədə dövlətin ali struktur rəhbərliyinin 70-75 faizi BDU-nun məzunlarıdır: “Bütün bunların fonunda BDU-nun yubileyi cəmiyyət həyatı üçün çox böyük tarixi hadisədir. Çünki yubiley özü böyük bir hesabatdır - ali təhsil ocağı 100 ildə nə əldə edib, xalqa nə verib? Düşünürəm ki, BDU keçdiyi 100 illik tarixi yolda formalaşmış ali təhsil ocağıdır və yüksək səviyyədə hesabat verə biləcəkdir. Bu hesabat yalnız Azərbaycan xalqı qarşısında deyil, ilk növbədə, möhtərəm prezidentimizin qarşısındadır. Eyni zamanda, dünyanın aparıcı universitetlərinin rektorları qarşısında hesabat olacaqdır”.

Millət vəkili Bəxtiyar Sadıqov vurğulayıb ki, Bakı Dövlət Universiteti Azərbaycan mədəniyyəti, ictimai-siyasi fikri, elm və təhsilin inkişafı sahəsində sanballı töhfələri olan məbədgahdır: “Çox şadıq ki, universitetin yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. Bu sərəncam bizim hamımızın, xalqın ürəyincə olan tarixi bir sənəddir. Bakı Dövlət Universiteti Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə böyük töhfələr verib. Xalq arasında “məktəblər məktəbi”, “müəllimlər müəllimi” kimi deyimlər var. Bunu, sözün tam mənasında, BDU-ya da şamil edə bilərik. Universitet birinci yaranmaqla kifayətlənmədi, onun bazası əsasında neçə-neçə ali məktəb meydana gəldi. BDU-da bir çox elmi-tədqiqat institutları fəaliyyətə başladı. Sonradan müstəqilləşərək bu gün də Azərbaycan elminə töhfələrini verirlər.  BDU-da nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları çalışırlar. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirirlər. Obrazlı desək, bu gün  “müəllimlər müəllimləri” də məhz BDU-da çalışır. Bütün bunlar bizi çox sevindirir”.

B.Sadıqovun dediyinə görə, BDU hər birimiz üçün həm də ona görə əzizdir ki, ulu öndər Heydər Əliyev bu universitetin məzunu olub: “Ümummilli lider ölkə rəhbərliyinə seçiləndən sonra Azərbaycan dilində ilk çıxışını məhz BDU-nun 50 illik yubileyində edib. BDU ona görə sürətlə inkişaf edib ki, daim Heydər Əliyevin qayğısını, diqqətini görüb. Ali təhsil ocağı bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev ulu öndərin siyasətini davam etdirərək universitetə yüksək diqqət və qayğı ilə yanaşır. Məhz buna görə BDU hazırda sürətlə inkişaf edir, milli kadr hazırlığı prosesində öz sözünü deyir. Universitetdə çalışan professor-müəllim heyəti də bu yüksək qayğı və diqqətin müqabilində Ümummilli lider Heydər Əliyevin ölməz ideyalarına, onun əsasını qoyduğu siyasi kursa yüksək sədaqət nümayiş etdirir. Universitet kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirir”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, Bakı Dövlət Universiteti ali təhsilimizin flaqmanıdır: “Bu ali təhsil ocağı mənim üçün bir məbəddir. Demək olar ki, 18 yaşımdan həyatım BDU ilə bağlıdır. Bu gün doğma universitetimizin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, bununla bağlı Prezident İlham Əliyevin sərəncam imzalaması bir təhsil adamı kimi məni həm sevindirir, həm də qürurlandırır. BDU-nun bir əsrlik tarixinə nəzər salsaq görərik ki, bu ali təhsil müəssisəsi 100 il öncə öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirib. Qarşıda duran illər üçün isə onun missiyası fənlərarası, sahələrarası inkişaf etdirməsidir. Keçən 100 ildə BDU əsasən təhsil və elmi inkişaf etdirib. Azərbaycan cəmiyyətinin həyatında universitet müəllimləri çox aktiv iştirak ediblər”.

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycanın ilk universitetidir. Bu elm ocağından Azərbaycan elminə, təhsilinə töhfələr verən minlərlə insan məzun olub. Ümumiyyətlə, dünyada universitetlərin reytinqi aparılarkən onun tarixi, yaşı da önəm kəsb edir. Bu baxımdan universitetin 100 illik tarixə malik olması sevindiricidir.

E.Əliyevin sözlərinə görə, Bakı Dövlət Universitetinin bir məzunu kimi bu ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini çox yüksək qiymətləndirir: “Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam onu göstərir ki, bu məsələ dövlət başçısının xüsusi diqqətindədir”.

S.QARAYEVA

Digər yazılar