BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
64 02-07-2018

“Beynəlxalq Jurnalistika Məktəbi”nin iştirakçılarına sertifikatlar verilib

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə layihə rəhbərlərindən biri, fakültənin dekanı, dosent Vüqar Əliyev açaraq bildirib ki, iştirakçılar layihə çərçivəsində həyata keçirilən 10 təlimdə beynəlxalq jurnalistikanın müxtəlif sahələr üzrə bilik və bacarıqlarına yiyələniblər. Layihənin digər rəhbərləri Beynəlxalq jurnalistika kafedrasının dosentləri - Vəfa İsgəndərova və Pərvanə İbrahimova iştirakçılara beynəlxalq jurnalistika anlayışının mahiyyəti, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə təlimlər keçirildiyini xatırladıb və praktik məşğələlər aparıldığını diqqətə çatdırıblar.

Sonra Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kaferdasının müdiri, professor Həmid Vəliyev, professor Nəsir Əhmədli, dosent Sabir Məmmədli çıxış edərək beynəlxalq jurnalistika sahəsində nəzəri və təcrübi biliklərə malik yerli və xarici mütəxəssislərin keçdiyi təlimlərinin əhəmiyyətindən bəhs edib, sertifikat alan tələbələrə uğurlar arzulayıblar.

İştirakçılar layihə ilə bağlı fikirlərini bölüşüb, təkliflər irəli sürüblər.

Sonda “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihəyə təşkilati dəstəyi Beynəlxalq jurnalistika kafedrası və Tədris-teleradio studiyası verib.

Mətbuat və informasiya şöbəsi, 2 iyul 2018-ci il

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər