BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
152 21-09-2018

Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub

Rusiyanın Xalqlar Dostluğu Universiteti ilə Bakıdakı Rus mədəniyyət-informasiya mərkəzinin birgə təşkil etdiyi “Rəqəmsal dövrdə jurnalistikanın inkişaf tendensiyaları” adlı seminar çərçivəsində Bakıda səfərdə olan Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində qonaq olublar.

Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında keçirilən görüşdə  Rusiyanın Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin dekanı,  Jurnalistika kafedrasının müdiri Viktor Barabaş, siyasi elmlər namizədi, dosent Sergey Vodopedov, filologiya elmləri namizədi Anar Həsənov, BDU-nun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova, dekan müavini Aytəkin Zeynalova, tədris tele-radio studiyasının rəhbəri Ramin Rzayev iştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu qonaqları fakültədə görməkdən məmnunluğunu ifadə edib, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tarixi, inkişaf səviyyəsi və müasir durumu ilə bağlı məlumat verib.

Daha sonra Rusiyanın Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin dekanı Viktor Barabaş,  jurnalistlərin sosial-siyasi sahədəki fəaliyyətlərinin önəmindən, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafından, Rusiya - Azərbaycan münasibətlərindən, bəhs edib. Bütün sahələr kimi jurnalistikanın da özünəməxsus xüsusiyyətlərə, qayda və yaradıcılıq sirlərinə malik peşə olduğunu qeyd edən qonaq keyfiyyətli materialların ərsəyə gəlməsində əhəmiyyətli rol oynayan zəruri məqamlardan söz açıb. Bildirib ki, peşəkar jurnalist statusunu almaq istəyən iddialı tərəfin informasiya duyumu, zəngin dünyagörüşü, intellektual bazası olmalı, yazıb-yaratmaq istəyi, həvəs və marağı sərhəd tanımamalıdır.

Qonaqlar fakültədə fəaliyyət göstərən BDU-nun tədris-televiziya studiyasının fəaliyyəti ilə tanış olub, tələbə çəkilişlərini izləyib, BDU TV-nin “Xəbərlər” proqramına müsahibə veriblər.

Digər yazılar

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib

BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb

BDU-da İndoneziya səfiri ilə görüş olub

Küveytli professor BDU-da olub

BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub

Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da

İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib

BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

İraq səfiri BDU-da olub

Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub